Ramil Şeydayev yenidən Rusiyada oynamağa yaxındır

29.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport-Express” yayıb. 

Mənbənin məlumatına görə, Mahaçqala "Dinamo”su 30 yaşlı hücumçunun xidmətində maraqlıdır. 

Mövsümün sonunda "Qarabağ”dan ayrılan Şeydayev Rusiya klubuna azad agent kimi keçməyə yaxındır. Hazırda tərəflər arasında danışıqlar davam edir. 

Ramil ötən mövsüm "Qarabağ”ın heyətində 11 oyuna çıxıb və 2 qol, 1 assistlə yadda qalıb.

Qeyd edək ki, Rusiyanın "Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl sözügedən ölkədə "Rubin”, "Krılya Sovetov” və Moskva "Dinamo”sunun da formasını geyinib. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью