Ramil Şeydayev yenidən Rusiyada oynamağa yaxındır
Icma.az bildirir, Fanat portalına istinadən.
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport-Express” yayıb.
Mənbənin məlumatına görə, Mahaçqala "Dinamo”su 30 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Mövsümün sonunda "Qarabağ”dan ayrılan Şeydayev Rusiya klubuna azad agent kimi keçməyə yaxındır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Ramil ötən mövsüm "Qarabağ”ın heyətində 11 oyuna çıxıb və 2 qol, 1 assistlə yadda qalıb.
Qeyd edək ki, Rusiyanın "Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl sözügedən ölkədə "Rubin”, "Krılya Sovetov” və Moskva "Dinamo”sunun da formasını geyinib.
Bu mövzuda digər xəbərlər:Ramil Şeydayev yenidən “Qarabağ”da
18 Sentyabr 2025 13:23
Ramil Şeydayev Türkiyəyə qayıdır?
21 Avqust 2025 09:53
Ramil Şeydayev Türkiyəyə qayıdır
29 Mart 2026 15:59
Ramil Şeydayev Rusiya klubunda
23 Avqust 2026 01:44
Ramil Şeydayev: Növbəti Dayanacağı Haradır?
19 Dekabr 2024 10:13
Baxış sayı:171
Bu xəbər 29 İyun 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















