Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. Son zamanlar mətbuatda dövlət çevrilişi cəhdi ilə bağlı ittiham edilən Ramiz Mehd
Mənbələrə görə, həmin siyahıda müxtəlif dövlət qurumlarında və yüksək vəzifələrdə fəaliyyət göstərmiş şəxslər yer alır.
Prezident İlham Əliyevin fərmanı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib.
Növbəti mərhələdə isə yüksək vəzifə tutan məmurların, millət vəkillərinin bir qisminin vəzifədən azad edilərək həbs olunacağına dair iddialar yayılır.
Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki Ramiz Mehdiyev və atrafı Azərbaycana yalnız maddi deyil, həm də böyük mənəvi ziyan vurub:"Çox doğru qərardır.
Bu qərar lap əvvəldən verilməli idi. O kim idi ki, təhlükəsizlik şurasında qalsın? Proseslər belə olmalıdır.
Təmizlənmə edilməlidir və edilir. Hələ bir sıra adamlar da var ki, məsuliyyətə cəlb olunmalıdır.
Bu insanlar, yəni kommunist-bolşevik təfəkkürlü insanlar təmizlənməlidir.