Icma.az
close
up
RU
Ramiz Mehdiyev biraz dik duran indanları sındırıb, məhv edib VİDEO

Ramiz Mehdiyev biraz dik duran indanları sındırıb, məhv edib VİDEO

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar mətbuatda dövlət çevrilişi cəhdi ilə bağlı ittiham edilən Ramiz Mehdiyevin yaxın ətrafında olan şəxslərin və onun fikirdaşı qismində tanınanların siyahısı açıqlanıb. Mənbələrə görə, həmin siyahıda müxtəlif dövlət qurumlarında və yüksək vəzifələrdə fəaliyyət göstərmiş şəxslər yer alır. Prezident İlham Əliyevin fərmanı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Növbəti mərhələdə isə yüksək vəzifə tutan məmurların, millət vəkillərinin bir qisminin vəzifədən azad edilərək həbs olunacağına dair iddialar yayılır. 


Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki Ramiz Mehdiyev və atrafı Azərbaycana yalnız maddi deyil, həm də böyük mənəvi ziyan vurub:

"Çox doğru qərardır. Bu qərar lap əvvəldən verilməli idi. O kim idi ki, təhlükəsizlik şurasında qalsın? Proseslər belə olmalıdır. Təmizlənmə edilməlidir və edilir. Hələ bir sıra adamlar da var ki, məsuliyyətə cəlb olunmalıdır. Bu insanlar, yəni kommunist-bolşevik təfəkkürlü insanlar təmizlənməlidir. Məncə bunlardan sonra bir sıra sahələrdə xeyli irəlİləyiş ola bilər. Mən belə düşünürəm ki, istintaq getdikcə çox şeylər ortaya çıxacaq. Bilirsiniz, məsələ təkcə onların var-dövlət əldə etməyindən getmir. 

Onlar Azərbaycana mənəvi olaraq böyük ziyan vurublar.  Mundarçılıq eliyiblər və bizim bütün milli dəyərləri - insanlığı kişiliyi heçə sayıblar. Bir az dik duran insanları sındırıb məhv ediblər, ətrafına yaltaqları yığıblar. Və indi də həmin yaltaqlar özlərini göstərirlər, bir-birlərini satırlar. Buqələmunlarla irəli getmək mümkün deyil!"


Yeni Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə diqqəti idarəçilikdəki boşluqlara yönəldib: 

"Bu bir-iki ilin söhbəti deyil, onilliklərlə davam edən problemdir. Kiminsə çıxarılması, hamının çıxarılanın üzərinə tökülüşməsi və s. Açığı mən bu prosesləri qiymətləndirmək də istəmirəm. Məncə ümumilikdə idarəçilik sistemi fərqli olmalıdır ki, bu cür məsələlər ortaya çıxmasın. Nə qədər olub belə şeylər. Gah o nazir, gah bu nazir, gah o nazirin şəbəkəsi, gah bu nazirin şəbəkəsi...

İlərdir davam edir bu proses. Hələ Ramiz Mehdiyev məsələsi həll olduqdan sonra qarantiya yoxdur ki, hər şey bitəcək. Birindən digəri törüyür. Bu idarəçik sistemi bağlı məsələdir. Mən görürəm ki, cəmiyyətdə belə şeyə meyillidir. Elə ona görə də cəmiyyət üçün də, ölkə üçün də ürəyim ağrıyır".


YAP-ın qurucularından jurnalist Xeyrəddin Qoca deyib ki, Ramiz Mehdiyev əslində 30 il əvvəl həbs olunmalı idi:

"Ramiz Mehdiyev 30 il əvvəl həbs olunmalı idi. Biz bunu televiziyada deyirdik, mətbautda yazırdıq. Mən sizə deyim, onun şəbəkəsində çoxlu adam var, saysız hesabsız. Onların içində çoxlu jurnalist, deputat, özünü dövlət adamı hesab edən yaramazlar var. Amma mənim dediyim həqiqətdir. Bunu dəfələrlə televiziyada, mətbuatda ifadə etmişəm".


Daha ətraflı sujetdə:




Aybəniz Səfərova, Yusif Sultanoğlu Şərq TV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri