GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məlumdur ki, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu qərar ictimaiyyətdə müxtəlif suallar yaradıb. Xüsusilə də son günlər “dörd aydan sonra hər şey açıqlanacaq” fikri tez-tez səslənir.
Bu iddiaların hüquqi və ya faktiki əsasları varmı? Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, aidiyyəti qurumlar açıqlama verməsə
İstintaq müddəti ilə qətimkan tədbiri bir-biri ilə fərqli anlayışlardır.
Qətimkan tədbiri cinayət işi üzrə şübhəli yaxud təqsirləndirilən şəxsin qanunsuz hərəkətlərinin qarşısını almaq və məhkəmə hökmünün icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual məcburiyyət tədbiridir.
Bu, məhkəmə hökmü qanuni qüvvəyə minənədək şəxsin davranışlarını nəzarətdə saxlamaq üçün nəzərdə tutulur.
Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə yanlız məhkəmə qərarı əsasında seçilə bilər.