Icma.az
close
up
RU
Ramiz Mehdiyevə qoyulan müddət bilindi Gözlənilən yekun qərar...

Ramiz Mehdiyevə qoyulan müddət bilindi Gözlənilən yekun qərar...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlumdur ki, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu qərar ictimaiyyətdə müxtəlif suallar yaradıb. Xüsusilə də son günlər “dörd aydan sonra hər şey açıqlanacaq” fikri tez-tez səslənir.

Bu iddiaların hüquqi və ya faktiki əsasları varmı?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, aidiyyəti qurumlar açıqlama verməsə də, mediada yayılan məlumatlardan Ramiz Mehdiyevin ağır maddələrlə ittiham olunduğu görünür:

“274-cü maddə isə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. İstintaq müddəti ilə qətimkan tədbiri bir-biri ilə fərqli anlayışlardır. Qətimkan tədbiri cinayət işi üzrə şübhəli yaxud təqsirləndirilən şəxsin qanunsuz hərəkətlərinin qarşısını almaq və məhkəmə hökmünün icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual məcburiyyət tədbiridir. Bu, məhkəmə hökmü qanuni qüvvəyə minənədək şəxsin davranışlarını nəzarətdə saxlamaq üçün nəzərdə tutulur. Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə yanlız məhkəmə qərarı əsasında seçilə bilər. Cinayət Prosessual Məcəlləsinin (CPM) 218.2.4-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər üzrə cinayət işinin başlanmasından ən geci 4 ay keçdikdən sonra istintaq müddətləri tamamlanmalıdır. CPM-nin 218.3-cü maddəsinə əsasən istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir”.

Asim Abbasov

Vəkil qeyd edib ki, Ramiz Mehdiyevin xüsusilə ağır cinayətdə ittiham olunduğu üçün 4 aylıq istintaq müddəti müəyyən olunub:

“Lakin istintaq müddətinin uzadılması istisna olunmur. Xüsusilə ağır cinayətlər üzrə son istintaq müddəti 19 ay müəyyən edilib. İstintaq müddətinin uzadılma qaydası 218-ci maddə ilə tənzimlənir. İşin məhkəməyə göndərilməsi anından istintaq müddəti bitir, lakin qətimkan tədbiri hökm qüvvəyə minənədək qüvvədə saxlanılır. Ev dustaqlığından fərqli olaraq, istintaq müddətini yalnız işin ibtidai istintaqını aparan müstəntiqin vəsatəti və müvafiq təqdimatı əsasında həmin orqanının vəzifəli şəxsləri uzada bilər. Ev dustaqlığı müddəti isə yanlız məhkəmə qərarı əsasında uzadıla, başqa qətimkan tədbiri ilə əvəz edilə bilər. Mahiyyət etibarilə Ramiz Mehdiyevin barəsində aparılan cinayət işi ilə əlaqədar istintaq yeni başlanılıb və müddətin uzadılması mümkündür. Yekun məhkəmə hökmü qəbul edilib qüvvəyə minənədək üzərində müvafiq qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Ev dustaqlığının müddətinin seçilməsi, uzadılması isə həbs qətimkan tədbirinin müddətinin seçilməsi, uzadılması müddəaları ilə tənzimlənir”.

Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanətdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri