Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü məsələsi təxminən 8 il öncə gündəmə gətirilib və prosesin arxasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dayanıb.
O hesab edir ki, bu mövzunun parlamentə çıxarılması sıradan təşəbbüs olmayıb: Mehdiyevin dəstəyi ilə seçilmiş deputatlar vasitəsilə, Kremlin sifarişi ilə gündəmə gətirilib və nəbz yoxlaması xarakteri daşıyıb.
Bəs Azərbaycanın həmin vaxt KTMT-yə üzvlüyü mümkün idimi? Bu, nələrə səbəb ola bilərdi?
Globalinfo.az-a danışan Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü onda da mümkün deyil, indi də mümkün deyil: “Birincisi, bir çox reallıq dəyişib.
Lakin yenə də keçmişə nəzər yetirmək lazımdır. Məsələn, əvvəllər rəsmi Bakı KTMT-yə məsafə saxlayırdı və bunu işğal vəziyyəti ilə əsaslandır
Yəni Bakı işğalçı dövlətlə — işğala məruz qalan dövlətin eyni hərbi təşkilatda fəaliyyətini düz hesab etmirdi.
Düzdür, bu gün torpaqlarımız işğaldan azad edilib və Ermənistanla sülh sazişi danışıqları davam edir.