Icma.az
close
up
RU
Ramiz Mehdiyevin 8 il əvvəlki dəhşətli təklifi Əgər Prezident bunu qəbul etsəydi…

Ramiz Mehdiyevin 8 il əvvəlki dəhşətli təklifi Əgər Prezident bunu qəbul etsəydi…

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü məsələsi təxminən 8 il öncə gündəmə gətirilib və prosesin arxasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dayanıb. O hesab edir ki, bu mövzunun parlamentə çıxarılması sıradan təşəbbüs olmayıb: Mehdiyevin dəstəyi ilə seçilmiş deputatlar vasitəsilə, Kremlin sifarişi ilə gündəmə gətirilib və nəbz yoxlaması xarakteri daşıyıb.

Bəs Azərbaycanın həmin vaxt KTMT-yə üzvlüyü mümkün idimi? Bu, nələrə səbəb ola bilərdi?

Globalinfo.az-a danışan Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü onda da mümkün deyil, indi də mümkün deyil:

“Birincisi, bir çox reallıq dəyişib. Lakin yenə də keçmişə nəzər yetirmək lazımdır. Məsələn, əvvəllər rəsmi Bakı KTMT-yə məsafə saxlayırdı və bunu işğal vəziyyəti ilə əsaslandırırdı. Yəni Bakı işğalçı dövlətlə — işğala məruz qalan dövlətin eyni hərbi təşkilatda fəaliyyətini düz hesab etmirdi. Düzdür, bu gün torpaqlarımız işğaldan azad edilib və Ermənistanla sülh sazişi danışıqları davam edir. Bununla belə Bakı çətin ki, KTMT-yə üzv olsun.

Elxan Şahinoğlu

Azərbaycan KTMT-yə üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaqdı. Bunu bizdən Moskva tələb edəcəkdi, haqlı da olacaqdı; bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmış xarici siyasət yürütməməlidir. 200 illik Rusiya əsarəti bizə yaxşı dərs olub.

Yəni çətin ki, biz bir də bu səhvi edək. Rusiyanın tərəfdaşları ilə hansı siyasətə üstünlük verdiyini biz yaxşı bilirik”.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Azərbaycan 90-cı illərdə KTMT-yə üzv olmuşdu:

“Sadəcə, parlamentimiz bu qərarı ratifikasiya etmədi. Yəni biz üzvlüyü dayandırmışıq. Çünki Ermənistan həmin vaxt işğal siyasətindən çəkilmədi. İşğalçı ilə işğala məruz qalan eyni yerdə ola bilməz axı. Bu bizim mövqeyimiz idi. Həmin vaxt Qarabağ işğalda olduğu üçün KTMT-yə üzv ola bilməzdik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri