Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. Ramiz Mehdiyev 1995-ci ildən Azərbaycan dövlətində ikinci şəxs olub.
Uzun illər dövlətdə mühim vəzifə daşıyan Mehdiyevin bütün dövlət adamları kimi “öz komandası” olub.
87 yaşlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə təqsirli bilinir.
Ramiz Mehdiyev haqqında 4 ay müddətinə ev dustaqlığı qətiimkan tədbiri seçilib.
Ramiz Mehdiyevin "komanda"sının üzvlərinin bəziləri artıq Azərbaycanda yaşamır.
Onları Azərbayana gətirtmək və cəzalandırmaq nə dərəcədə mümkündür?
“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin onların gətirməsi bir az çətin prosedurdur.
Əhəd Məmmədli “Gərək dövlətin nüfuzu o qədər güclü olsun və xarici ölkələrə elə təzyiq edə bilsin ki, istədiyi şəxsləri "xoşluqla" təhvil versinlər.