Icma.az
close
up
RU
Ramiz Mehdiyevin komanda sındakı xaricdə yaşayan üzvlər Azərbaycana hüquqi və siyasi yolla gətirilə bilər

Ramiz Mehdiyevin komanda sındakı xaricdə yaşayan üzvlər Azərbaycana hüquqi və siyasi yolla gətirilə bilər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Ramiz Mehdiyev 1995-ci ildən Azərbaycan dövlətində ikinci şəxs olub. Uzun illər dövlətdə mühim vəzifə daşıyan Mehdiyevin bütün dövlət adamları kimi “öz komandası” olub. 87 yaşlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə təqsirli bilinir. Ramiz Mehdiyev haqqında 4 ay müddətinə ev dustaqlığı qətiimkan tədbiri seçilib.

Ramiz Mehdiyevin "komanda"sının üzvlərinin bəziləri artıq Azərbaycanda yaşamır. Onları Azərbayana gətirtmək və cəzalandırmaq nə dərəcədə mümkündür?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin onların gətirməsi bir az çətin prosedurdur.

Əhəd Məmmədli

“Gərək dövlətin nüfuzu o qədər güclü olsun və xarici ölkələrə elə təzyiq edə bilsin ki, istədiyi şəxsləri "xoşluqla" təhvil versinlər. Amma indi İnterpol var, onun yolu ilə və yaxud digər hakimiyyətlərin özlərinin münasibətilə bu təhvil-təslim işi mümkün ola bilər. Yenə də bu, bir az çətin prosesdir. Çünki indiyə qədər Avropadan, bilirsiniz ki, "söyüş şəbəkəsi"ndən heç kim gətirilməyib. Bəli, Türkiyədən və Rusiyadan olub. Amma Avropadan cəhdlər olub, edə bilməyiblər. Çox güman ki, Avropada olan adamların yaşadığı ölkələrin xüsusi xidmət orqanları ilə əlaqələri var. Və yaxud həmin ölkələrin xüsusi xidmət orqanları onlarla tez təmasa girib, Azərbaycan hakimiyyəti ilə olan münasibətləri və yaxud onlarda olan məlumatları Azərbaycana qarşı istifadə edirlər. Tələblərə "qarşılıq" formalaşdırıb, bir alver predmetinə çevirlər. Kimlərsə təhvil verilə bilər, kimlərsə verilməyə bilər. Bu, artıq Azərbaycanın həmin ölkələrə olan təsir rıçaqları və həmin ölkələrlə olan münasibətlərin səviyyəsindən asılı olacaq.

Sizə adi bir nüansı deyim: Bizim hökumətin özündə də boşluqlar var. Məsələn; Səfər Əbiyev hamımız bir ölkə müdafiə naziri olub. Bilirsinizmi ki, Səfər Əbiyev hazırda Çexiyanın vətəndaşıdır. Yəni bizim dövlət hara baxıb ki, ölkənin müdafiə naziri gedib, başqa ölkənin vətəndaşlıq alıb. Sizcə həmin Səfər Əbiyevi vətəndaşlığa alan Çexiya Azərbaycan ordusu haqqında məlumatlar da almayıbmı? Artıq Çexiyanın Azərbaycana qarşı üstünlük, təsir vasitəsi var. Dövlət gərək vəzifədə olan və vəzifədən çıxan şəxsləri daim nəzarətdə saxlasın. Belə boşluqlar olanda, imkan verməsin”-deyən Əhəd Məmmədli qeyd edib ki, kifayət qədər vaxtilə boşluqlar buraxılıb və indi o boşluqları doldurmaq artıq Azərbaycan dövlətinin həmin o strukturlarda yerləşən insanların bacarığından, istəyindən və Azərbaycan dövlətinin nüfuz dairəsindən, rıçaq təsirlərindən asılı olacaq.

Əhəd Məmmədli bildirib ki, bu günə qədər kiminsə Avropadan qaytarılmasını biz görməmişik: “Ümid edirik ki, bəlkə gələcəkdə mümkün olsun. Yaxşı olar ki, gəlsinlər bura və cinayətlərinə görə cavab versinlər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri