Ranyeri İtaliya millisində vəzifəyə başladı

28.07.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya millisinin texniki direktoru vəzifəsinə Klaudio Ranyeri təyin olunub.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

74 yaşlı mütəxəssis bu vəzifədə cəmi 16 gün çalışan Paolo Maldinini əvəzləyib. Maldini milli komandaya yeni baş məşqçi təyin edilməsi ilə bağlı yaranmış daxili fikir ayrılığı səbəbindən postundan ayrılıb.

Qeyd edək ki, Ranyerinin son iş yeri “Roma” olub. O, 2025-ci ilin iyulundan 2026-cı ilin aprelinədək klubun idarə heyətinin müşaviri kimi çalışıb. Təcrübəli mütəxəssis bundan əvvəl, 2024-cü ilin noyabrından 2025-ci ilin iyununa qədər isə paytaxt təmsilçisinin baş məşqçisi vəzifəsini icra edib.

Joao Pedrodan het-trik - "Çelsi" 10 qollu oyunda qalib gəldi Mançini yenidən İtaliya millisinin baş məşqçisi oldu "Mançester Siti"dən Rodri açıqlaması - Əməliyyat olundu "Çempionlar Liqasına hazırıq" - Talişkadan iddialı açıqlama "Fənərbaxça"dan Kante və Şeriflə bağlı açıqlama
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью