Ranyeri İtaliya millisində vəzifəyə başladı
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya millisinin texniki direktoru vəzifəsinə Klaudio Ranyeri təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
74 yaşlı mütəxəssis bu vəzifədə cəmi 16 gün çalışan Paolo Maldinini əvəzləyib. Maldini milli komandaya yeni baş məşqçi təyin edilməsi ilə bağlı yaranmış daxili fikir ayrılığı səbəbindən postundan ayrılıb.
Qeyd edək ki, Ranyerinin son iş yeri “Roma” olub. O, 2025-ci ilin iyulundan 2026-cı ilin aprelinədək klubun idarə heyətinin müşaviri kimi çalışıb. Təcrübəli mütəxəssis bundan əvvəl, 2024-cü ilin noyabrından 2025-ci ilin iyununa qədər isə paytaxt təmsilçisinin baş məşqçisi vəzifəsini icra edib.
Bu mövzuda digər xəbərlər:Ranyeri İtaliya nəhəngində RƏSMİ
14 Noyabr 2024 19:26
Ranyeri İtaliya millisini çalışdıracaq?
10 İyun 2025 12:31
İtaliya klubunda Ranyeri səsləri
24 Aprel 2026 11:00
İtaliya millisində növbəti təyinat: Klaudio Ranyeri texniki direktor oldu
28 İyul 2026 17:51
Ranyeri İtaliya millisinə rəhbərlik etməyə razılaşdı
12 May 2026 19:47
Baxış sayı:92
Bu xəbər 28 İyul 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















