Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Danimarka xarici işlər naziri Lars Lukke Rasmussen ABŞ Prezidenti Donald Trampla ötən həftə keçirdikləri görüşə toxunaraq bildirib ki, Tramp Qrenlandiyanı səmimi və açıq şəkildə istədiyini gizlətməyib.
Rasmussenin sözlərinə görə, Danimarka tərəfi bunun onlar üçün “qırmızı xətt” olduğunu açıq şəkildə ifadə edib və nəticədə tərəflər razılaşa bilməyəcəkləri mövzusunda razılığa gəliblər.
"Cebheinfo.az" xəbər verir ki, Rasmussen rəsmi səfər çərçivəsində getdiyi İngiltərədə “Sky News” televiziyasının suallarını cavablandırıb.
İngiltərə Baş naziri Keir Starmerə Qrenlandiya məsələsində Danimarkaya verdiyi dəstəyə görə təşəkkür edən Rasmussen deyib: “Hayatda prinsiplər var.
İngiltərənin ABŞ ilə, xüsusilə “Brexit”dən sonra çox yaxın münasibətləri mövcuddur və bunu qəbul edirəm.
Amma keçilməz “qırmızı xət”lər də var. Bu məsələ fundamental prinsipdir. 2026-cı ildə yaşayırıq.
İnsanlarla ticarət etmək olar, amma insan alveri etmək olmaz. İngiltərə Baş nazirinin bu prinsipləri müdafiə etməsi çox önəmlidir”.