Icma.az
close
up
RU
Rasmussen: “ABŞ ilə razılaşa...”

Rasmussen: “ABŞ ilə razılaşa...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Danimarka xarici işlər naziri Lars Lukke Rasmussen ABŞ Prezidenti Donald Trampla ötən həftə keçirdikləri görüşə toxunaraq bildirib ki, Tramp Qrenlandiyanı səmimi və açıq şəkildə istədiyini gizlətməyib.

Rasmussenin sözlərinə görə, Danimarka tərəfi bunun onlar üçün “qırmızı xətt” olduğunu açıq şəkildə ifadə edib və nəticədə tərəflər razılaşa bilməyəcəkləri mövzusunda razılığa gəliblər.

"Cebheinfo.az" xəbər verir ki, Rasmussen rəsmi səfər çərçivəsində getdiyi İngiltərədə “Sky News” televiziyasının suallarını cavablandırıb.

İngiltərə Baş naziri Keir Starmerə Qrenlandiya məsələsində Danimarkaya verdiyi dəstəyə görə təşəkkür edən Rasmussen deyib:

“Hayatda prinsiplər var. İngiltərənin ABŞ ilə, xüsusilə “Brexit”dən sonra çox yaxın münasibətləri mövcuddur və bunu qəbul edirəm. Amma keçilməz “qırmızı xət”lər də var. 

Bu məsələ fundamental prinsipdir. 2026-cı ildə yaşayırıq. İnsanlarla ticarət etmək olar, amma insan alveri etmək olmaz. İngiltərə Baş nazirinin bu prinsipləri müdafiə etməsi çox önəmlidir”.

ABŞ Prezidenti Trampın bir mövzudan geri çəkilmədən digərlərinin də ondan geri çəkilə bilməyəcəyini qeyd edən Rasmussen, İngiltərənin hər bir halda Danimarkanın yanında olacağına inandığını bildirib.Trampla keçən həftə baş tutan görüşə yenidən toxunan Rasmussen deyib:

“Belə qənaətə gəldim ki, Prezident Tramp Qrenlandiyanı həqiqətən və səmimi şəkildə istəyir. Biz isə bunun qırmızı xəttimiz olduğunu qəti şəkildə bildirdik. 

Razılaşa bilməyəcəyimiz mövzusunda razılaşdıq. Həmçinin həll etmək istədiyimiz Arktika təhlükəsizliyi məsələsinin mövcud olduğunu vurğuladıq”.

Dialoqu davam etdirmək əzmində olduqlarını deyən Rasmussen əlavə edib:

“Bu mövzunu sosial media və digər platformalardan çıxarıb müzakirə edə biləcəyimiz danışıqlar otaqlarına daşımalıyıq. 1951-ci il sazişi kimi razılaşdığımız çərçivələrdə həll yolu tapa bilərik. NATO ABŞ-yə təminatlar vermək üçün daha çox iş görə bilər”.

Bu təminatlar sırasında Qrenlandiyada Çin investisiyalarına icazə verilməməsinin də yer aldığını bildirən Rasmussen qeyd edib:

“Hər cür müzakirəyə açığıq. Biz praqmatik, soyuqqanlı, amma isti qəlbli skandinav insanlarıyıq. Hər səhər oyananda yeni təhdidlərlə üzləşmək asan deyil”.

Rasmussen NATO və Avropa Birliyinin əsas prinsipləri müdafiə etdiyini vurğulayaraq deyib:

“Bir istəyiniz, bir hədəfiniz ola bilər, amma bunu başqalarına təzyiq göstərərək əldə edə bilməzsiniz”.ABŞ-nin mühüm müttəfiqi və dostu olaraq Qrenlandiya tələbi qarşısında hiss etdiklərinə də toxunan Rasmussen belə deyib:

“Təəccübləndik. Daha artıq danışaraq gərginliyi yüksəltmək istəmirəm”.

Rasmussen Londonda Danimarka xəbər agentliyi DRyə verdiyi açıqlamada isə ABŞ-nin Qrenlandiyada Avropa ölkələrinin iştirakı ilə keçirilən təlimi yanlış anladığını bildirib.

“Qrenlandiyada etdiklərimiz Amerika prezidentini təxribat məqsədi daşımırdı, əksinə onun narahatlıqlarını aradan qaldırmağa yönəlmişdi”, - deyə Rasmussen vurğulayıb və ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri