Idman.biz saytına istinadən Icma.az xəbər verir. “Mercedes”in pilotu Corc Rassel bildirib ki, “Formula-1”dəki büdcə məhdudiyyətləri ona yarı
İdman.Biz-in məlumatına görə, britaniyalı pilot müqaviləsinə avtomobil daxil etməyə çalışdığını, lakin buna nail ola bilmədiyini açıqlayıb.
“Mən böyük məmnuniyyətlə öz “Formula-1” bolidlərimin kolleksiyasını toplamaq istərdim, amma büdcə məhdudiyyətləri üzündən hələ də ildə yalnız üç və ya dörd monokok istehsal edirik.
İyirmi il əvvəl komandalar limitsiz sınaqlar apara biləndə, hər komanda 15-20 şassi istehsal edirdi.
Son müqavilə üzrə danışıqlar zamanı mən “Formula-1” bolidi almağa çalışdım, amma təəssüf ki, alınmadı.
Komandaların büdcə məhdudiyyəti xaricində bəzi monokoklar istehsal edə bilməsini istərdim.
Hər cür digər detalların kifayət qədər nüsxəsi var. Hər yarışçının ildə beş mühərriki olur.
Düşünürəm ki, “Mercedes” ildə təxminən 60 mühərrik istehsal edir.