Rassel: “Formula 1” avtomobillərinin kolleksiyasını yığmaq istəyirəm, amma büdcə mane olur”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Mercedes”in pilotu Corc Rassel bildirib ki, “Formula-1”dəki büdcə məhdudiyyətləri ona yarış avtomobillərinin kolleksiyasını toplamağa mane olur.
İdman.Biz-in məlumatına görə, britaniyalı pilot müqaviləsinə avtomobil daxil etməyə çalışdığını, lakin buna nail ola bilmədiyini açıqlayıb.
“Mən böyük məmnuniyyətlə öz “Formula-1” bolidlərimin kolleksiyasını toplamaq istərdim, amma büdcə məhdudiyyətləri üzündən hələ də ildə yalnız üç və ya dörd monokok istehsal edirik. İyirmi il əvvəl komandalar limitsiz sınaqlar apara biləndə, hər komanda 15-20 şassi istehsal edirdi.
Son müqavilə üzrə danışıqlar zamanı mən “Formula-1” bolidi almağa çalışdım, amma təəssüf ki, alınmadı.
Komandaların büdcə məhdudiyyəti xaricində bəzi monokoklar istehsal edə bilməsini istərdim. Hər cür digər detalların kifayət qədər nüsxəsi var. Hər yarışçının ildə beş mühərriki olur. Düşünürəm ki, “Mercedes” ildə təxminən 60 mühərrik istehsal edir. Həmçinin kifayət qədər arxa qanadlarımız var: yüksək, orta və aşağı enmə qüvvəsinə malik. Həmçinin kifayət qədər ön qanadlarımız və döşəmələrimiz var. Digər detalların ən azı 10 dəsti var. Lakin, yalnız üç və ya dörd monokokumuz mövcuddur. Bəlkə də bu barədə FIA ilə danışmaq laızmdır”, - Rassel “RacingNews365” nəşrində yayımlanan müsahibəsində deyib.
Keçmişdə komandalar tez-tez mövsümün və ya karyerasının sonunda pilotlara öz bolidlərini hədiyyə edirdilər. Ən sonuncu məşhur nümunə Karlos Saynsın “Ferrari”dən getməsi idi: ona ilk qələbəsini qazandığı SF-75 verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Yanvar 2026 03:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















