Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstan parlamentində çoxluğun üzvü olan Rati Yonatamişvili Prezident Salome Zurabişvilinin müxalifət lideri kimi təqdim olunmasını tənqid edib.
“Report”un məlumatına görə, o, Zurabişvilinin, əslində, xarici qüvvələrin agentura alətinə çevrildiyini iddia edib: “Salome Zurabişviliyə inanmağa çalışırlar ki, guya müxalifətin lideridir.
Halbuki, əslində, agentura alətidir. O, ölkəmizə qarşı bu cür addımlar atarkən düşünməlidir ki, bu agentura onun arxasında dayandığı müddətc
Onun addımları nə xalqın, nə də dövlətin maraqlarına xidmət edir”.
Yonatamişvili Gürcüstanın sabitliyi və konstitusional quruluşunun bütün xarici təsirlərdən qorunmalı olduğunu və ölkədə heç bir qeyri-legitim siyasi gündəmə yer olmadığını bildirib.
Parlamentin birinci vitse-spikeri Gia Volskinin sözlərinə görə isə, Salome Zurabişvili ilə müxalifət arasında keçirilən görüşdə seçkilərin təşkilati hissəsinin müzakirəsi şoudur.
Volski prezidentin parlamenti buraxmaq hüququnun yalnız parlamentin hökumətə etimad göstərmədiyi və ya hökuməti təsdiq etmədiyi halda mümkünlüyünü ifadə edib.