Icma.az
close
up
RU
Rati Yonatamişvili: Zurabişvili müxalifətin lideri deyil, agentura alətidir

Rati Yonatamişvili: Zurabişvili müxalifətin lideri deyil, agentura alətidir

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan parlamentində çoxluğun üzvü olan Rati Yonatamişvili Prezident Salome Zurabişvilinin müxalifət lideri kimi təqdim olunmasını tənqid edib.

“Report”un məlumatına görə, o, Zurabişvilinin, əslində, xarici qüvvələrin agentura alətinə çevrildiyini iddia edib:

“Salome Zurabişviliyə inanmağa çalışırlar ki, guya müxalifətin lideridir. Halbuki, əslində, agentura alətidir. O, ölkəmizə qarşı bu cür addımlar atarkən düşünməlidir ki, bu agentura onun arxasında dayandığı müddətcə onu dəstəkləyir, lakin sonradan onu tənqid edən eyni sözlərlə yenidən hədəfə ala bilər. Onun addımları nə xalqın, nə də dövlətin maraqlarına xidmət edir”.

Yonatamişvili Gürcüstanın sabitliyi və konstitusional quruluşunun bütün xarici təsirlərdən qorunmalı olduğunu və ölkədə heç bir qeyri-legitim siyasi gündəmə yer olmadığını bildirib.

Parlamentin birinci vitse-spikeri Gia Volskinin sözlərinə görə isə, Salome Zurabişvili ilə müxalifət arasında keçirilən görüşdə seçkilərin təşkilati hissəsinin müzakirəsi şoudur.

Volski prezidentin parlamenti buraxmaq hüququnun yalnız parlamentin hökumətə etimad göstərmədiyi və ya hökuməti təsdiq etmədiyi halda mümkünlüyünü ifadə edib.

“Onlar prezidenti avantüraya cəlb etmək istəyirlər, bu o deməkdir ki, söhbət inqilabi ssenarinin müəyyən istiqamətdə davamından və inkişafından gedir, başqa heç nə yoxdur. Prezident dəfələrlə konstitusiyanı pozub və bu ssenarinin inkişafı hamı tərəfindən yalnız inqilab yolu ilə birlikdə təsəvvür edilir”.

Vitse-spiker deyib ki, hökumətin xalq, o cümlədən müxalifət düşüncəli insanların qarşısında proqramı və böyük öhdəliyi var.

“Baş verənlərə əsasən, parlament seçilib, 1 milyon 120 min insan “Gürcü arzusunu” dəstəkləyib və parlament hökuməti təsdiqləyib. Nəticədə, hökumətin xalq, o cümlədən müxalifət düşüncəli insanların qarşısında proqramı və böyük öhdəliyi var. Bu öhdəliyə həm də ölkədə sabitliyin pozulmasının qarşısını almaq daxildir”, - Gia Volski bildirib.

Gürcüstanın Parlamentinin üzvü, hakim partiyanın deputatı David Matikashvili də, öz növbəsində, Zurabişvili barəsində açıqlama verib.

O, Zurabişvilinin “axmaqlıq etməkdə” bənzərsiz olduğunu və gələcək addımlarının təəccüblü olmadığına diqqət çəkib.

Zurabişvili tərəfindən Gürcüstan Parlamentinin XI çağırışını ləğv etmək məsələsinə dair müzakirələrə cavab verən Matikashvili qeyd edib ki, Zurabişvili konstitusiya çərçivələrini aşarsa, bu, açıq şəkildə qanunvericiliyi və dövlətin hüquq sistemini pozmaq deməkdir.

Onun sözlərinə görə, Zurabişvili radikalizmi izləyərək özünü və ölkəni daha da böhrana sürükləyəcək. Bu cür addımlar yalnız "axmaqlıq etməkdə" mütəxəssis olan bir liderin davranışına bənzəyir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://report.az
archiveBu xəbər 26 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri