Rauf Əliyev 5 oyunluq cəzalandırıldı

19.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

AFFA İntizam Komitəsi “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rauf Əliyevi cəzalanıb.

QOL.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.

Rauf Əliyev U-15 Liqasında Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra o, yenidən  hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.

Həmin oyunda “Qarabağ”ın azarkeşləri hakimləri təhqir və təhdid etməsinə və bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью