Rauf Əliyev 5 oyunluq cəzalandırıldı
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
AFFA İntizam Komitəsi “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rauf Əliyevi cəzalanıb.
QOL.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
Rauf Əliyev U-15 Liqasında Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra o, yenidən hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.
Həmin oyunda “Qarabağ”ın azarkeşləri hakimləri təhqir və təhdid etməsinə və bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.
Baxış sayı:121
Bu xəbər 19 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















