Icma.az bildirir, Olke.az saytına əsaslanaraq. “Real Madrid” İspaniya La Liqasının 14-cü turunda səfərdə “Leqanes”i darmadağın edib və “Bars
Ölkə.az “Report”a istinadən xəbər verir ki, Leqanesdəki “Munisipal de Butarke” stadionunda keçirilən qarşılaşmanı Xavyer Alberola Roxas idar
43-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe hesabı açıb.
66-cı dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “kral klubu”nun üstünlüyünü artırıb.
Oyunda son nəticəni 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem müəyyənləşdirib – 3:0.
13 oyundan sonra “Real Madrid” La Liqa turnir cədvəlində 30 xalla ikinci yerdədir. “Leqanes” 14 oyundan sonra 14 xalla 14-cü yerdədir.
İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya təmsilçisi “Barselona” başçılıq edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.