“Real” “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
“Real Madrid” İspaniya La Liqasının 14-cü turunda səfərdə “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb.
Ölkə.az “Report”a istinadən xəbər verir ki, Leqanesdəki “Munisipal de Butarke” stadionunda keçirilən qarşılaşmanı Xavyer Alberola Roxas idarə edib.
43-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe hesabı açıb. 66-cı dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “kral klubu”nun üstünlüyünü artırıb. Oyunda son nəticəni 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem müəyyənləşdirib – 3:0.
13 oyundan sonra “Real Madrid” La Liqa turnir cədvəlində 30 xalla ikinci yerdədir. “Leqanes” 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya təmsilçisi “Barselona” başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 25 Noyabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















