Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fevralın 7-də Azərbaycan Dövlət Kukla Teatrında daha bir vacib sosial-mədəni aksiya reallaşıb.
"OYUN" İnklüziv Teatrının təqdimatında "Parkda" tamaşasının premyerası olub.
Millət vəkili, ictimai-siyasi xadim, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, eləcə də mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin, ictimai sferada tanınan simaların izlədiyi tamaşa maraqla qarşılanıb.
Məlumat üçün deyək ki, cəmiyyətdəki sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını ön plana çıxaran tamaşa real qəhrəmanların həyat hekayələrinin səhnələşdirilmiş yozumudur.
Tamaşada müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlarla yanaşı əlilliyi olan həvəskarlar da rol alıblar.
Bu mənada səhnə aktının əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla bir layihədə iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.
Tamaşanın ideya və quruluş müəllifi Saida Hagverdiyeva, quruluşu rəssamı İqbal Əliyevdir.