Icma.az
close
up
RU
Real qəhrəmanların həyat hekayələri səhnələşdirildi

Real qəhrəmanların həyat hekayələri səhnələşdirildi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 7-də Azərbaycan Dövlət Kukla Teatrında daha bir vacib sosial-mədəni aksiya reallaşıb.

"OYUN" İnklüziv Teatrının təqdimatında "Parkda" tamaşasının premyerası olub.

Millət vəkili, ictimai-siyasi xadim, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, eləcə də mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin, ictimai sferada tanınan simaların izlədiyi tamaşa maraqla qarşılanıb.

Məlumat üçün deyək ki, cəmiyyətdəki sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını ön plana çıxaran tamaşa real qəhrəmanların həyat hekayələrinin səhnələşdirilmiş yozumudur. Tamaşada müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlarla yanaşı əlilliyi olan həvəskarlar da rol alıblar.

Bu mənada səhnə aktının əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla bir layihədə iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Tamaşanın ideya və quruluş müəllifi Saida Hagverdiyeva, quruluşu rəssamı İqbal Əliyevdir.

Tamaşada rolları Zülfiyyə Qurbanova (Aynur), Zümrüd Qasımova (Dilarə), Ülviyyə Əliyeva (Sərgül), Türkay Cəfərli (Murad), Gülçöhrə Abdullayeva (Bibixanım), Səbinə Məmmədova (Ofsiant), eləcə də Xaqani Əliyev, Kamilə Xəlilova, Babək İsmayılov, Xumar Haqverdiyeva, Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə Ağayeva, İlkin Həsənli ifa ediblər.

Tragikomik səhnələrin üstünlük təşkil etdiyi birhissəli tamaşada ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar ön plana çıxarılıb.

Xatırladaq ki, "OYUN" İnklüziv Teatrı 2019-ci ildən fəaliyyət göstərir və burada 30-a yaxın həvəskar aktyora müxtəlif istiqamətlərdə səhnə dərsləri, incəsənətin fərqli yönlərində təlimlər keçilir. Beləcə art-terapiya xarakterli proses sonda tamaşa ilə yekunlaşır.

Repertuarında hələ ki, 2 tamaşa olan teatr layihəsinin üçüncü səhnə aktı üzərində iş gedir və yeni tamaşa martın sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri