Real XXI əsrdə bunu ilk dəfə bacardı | Icma.az
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
La Liqada 12-ci turun təxirə salınmış oyununda ''Real'' ''Valensiya''nın qonağı oldu.
''Football-plus.az'' xəbər verir ki, son illərdə Madrid nəhəngi üçün bu rəqiblə səfər matçları çətin və qalmaqallı keçirdi.
Ötən mövsümkü oyun yerli fanatlarla Vinisius arasındakı qalmaqalla yadda qalmış, Bellingem son anlarda qırmızı vərəqə almış və yekunda 2:2-lik bərabərlik qeydə alınmışdı.
2022/23-də isə ''Real'' ''Mestalya''da ümumiyyətlə qola və xala həsrət qalmışdı (0:1). Elə bu dəfəki qarşılaşma da gərgin və çətin keçdi.
Baxmayaraq ki, çox zəif mövsüm keçirən ''Valensiya'' tura sonuncu pillədə daxil olmuşdu.
Meydan sahibləri fasiləyə Uqo Duronun 27-ci dəqiqədə vurduğu qolla 1:0 üstün yollandılar.
İkinci hissədə Karlo Ançelotti komandası böyük şanssızlıqlar yaşadı.
Tam oxu
Xəbəri oxu