Icma.az
close
up
RU
Real XXI əsrdə bunu ilk dəfə bacardı

Real XXI əsrdə bunu ilk dəfə bacardı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

La Liqada 12-ci turun təxirə salınmış oyununda ''Real'' ''Valensiya''nın qonağı oldu.

''Football-plus.az'' xəbər verir ki, son illərdə Madrid nəhəngi üçün bu rəqiblə səfər matçları çətin və qalmaqallı keçirdi. Ötən mövsümkü oyun yerli fanatlarla Vinisius arasındakı qalmaqalla yadda qalmış, Bellingem son anlarda qırmızı vərəqə almış və yekunda 2:2-lik bərabərlik qeydə alınmışdı. 2022/23-də isə ''Real'' ''Mestalya''da ümumiyyətlə qola və xala həsrət qalmışdı (0:1). Elə bu dəfəki qarşılaşma da gərgin və çətin keçdi.
Baxmayaraq ki, çox zəif mövsüm keçirən ''Valensiya'' tura sonuncu pillədə daxil olmuşdu. Meydan sahibləri fasiləyə Uqo Duronun 27-ci dəqiqədə vurduğu qolla 1:0 üstün yollandılar. İkinci hissədə Karlo Ançelotti komandası böyük şanssızlıqlar yaşadı. Bellingem penaltidən yararlana bilmədisə, Mbappenin qolu kiçik ofsayd üzündən qeydə alınmadı. Bütün bunlar azmış kimi Vinisius 79-cu dəqiqədə qırmızı vərəqə aldı.
Oyunboyu yerli fanatlar tərəfindən fitə basıldığı üçün gərgin görünən braziliyalı ulduz qapıçı Dimitrievskinin təxribatına uyaraq onun sifətinə yüngül zərbə endirdi. VAR-ın müdaxiləsindən sonra ''sambaçı'' çox əsəbi şəkildə vaxtından tez paltardəyişmə otağına yollanmalı oldu. Amma inadkar ''Real'' yenə də təslim olmadı. 85-ci dəqiqədə qocalmaq bilməyən Modriç fərqlənməklə mövsümdə ilk qolunu vurdu.
Son anlarda isə Bellingem ''Valensiya''nın müdafiəçisinin kobud səhvini bağışlamadı. Beləliklə, xalını 43-ə yüksəldən ''Kral klubu'' liderliyi ələ keçirdi. Amma ikinci pillədə qərarlaşan və aktivində 41 xal olan ''Atletiko'' bir oyun az keçirib.
Yeri gəlmişkən, ''Real'' XXI əsrdə ilk dəfə La Liqada həm hesabda geridə olduğu, həm də azlıqda qaldığı bir qarşılaşmada qələbə qazandı. Bu hal sonuncu dəfə 1999-un noyabrında ''Rayo Valyekano'' ilə səfər oyununda yaşanmışdı. Həmin vaxt Con Toşakın çalışdırdığı komanda fasiləyə 2 top fərqi ilə geridə yollanmışdı.
İkinci hissədə Fernando Morientes qollardan birini əvəzini çıxsa da, çox keçmədən hakimə etiraza görə qırmızı vərəqə almışdı. Amma ''Real'' qalan müddətdə Raul və Fernando Hyerronun qolları ilə 3:2-lik qələbə qazanmışdı.
ƏLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Yanvar 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri