Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Real”ın baş məşqçisi Joze Mourinyonun Arda Gülərlə bağlı qərarları İspaniya mətbuatında tənqid olunub.
Apasport.az xəbər verir ki, “Mundo Deportivo”nun yazarı Xavier Boş portuqaliyalı mütəxəssisin türk futbolçuya münasibətini şərh edib.
Boş bildirib ki, Arda Güler “Betis”lə səfər matçında “Real”ın ən yaxşı futbolçusu olsa da, hesab 0:0 olarkən əvəzlənib:
“Mbappe və Vinisius toxunulmaz kimi görünür. Buna görə də meydandan çıxarılan Arda oldu. Diomande oyuna daxil edildi, amma komandanın oyunu yaxşılaşmadı. Əksinə, oyunu çox yaxşı oxuyan və komandanın istiqamətini müəyyənləşdirən futbolçunu itirdi”.
İspaniyalı jurnalist eyni halın mövsümün ilk matçında da yaşandığını vurğulayıb. Onun fikrincə, Arda “Espanyol”la görüşdə də komandanın ən yaxşısı olsa da, hesab 1:1 olarkən yenə əvəzlənib:
“Mourinyo bunu meydandakı performansa əsasən yox, Mbappe və Vinisiusu narazı salmamaq üçün etdi. Sanki onlardan qorxur. Eyni zamanda Diomandenin klub tarixinin ən bahalı transferi olmasını əsaslandırmağa çalışır. Arda isə gəncdir, eqosu daha aşağıdır və şikayət etmir”.
Boş bunun uzunmüddətli perspektivdə “Real” üçün problem yarada biləcəyini də qeyd edib:
“Arda futbolu çox yaxşı anlayır və hər iki oyunda meydandan çıxarılmasının futbol baxımından ədalətsiz olduğunu bilir. Mövsümün əvvəlində komandanın ən yaxşı futbolçusunu davamlı əvəzləmək “Real” üçün problemə çevrilə bilər. Bu vəziyyət isə ‘Barselona’nın xeyrinədir”.
Qeyd edək ki, “Real” La Liqanın IV turunda səfərdə “Betis”ə 0:1 hesabı ilə məğlub olub. Qarşılaşmanın yeganə qolunu 81-ci dəqiqədə Troy Parrot vurub. Arda Güler isə 64-cü dəqiqədə əvəzlənib.
Vaynaldum “Əl-İttihad”a keçib - RƏSMİ “Fiorentina” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ "Siti"nin hücumçusu Səudiyyə Ərəbistanı klubunda Rafael Leao: “Qalatasaray” böyük klubdur” Sabiq “Qalatasaray”lı Braziliyada çıxış edəcək