Icma.az
close
up
RU
“Real”da Arda Güler problemi “Mbappe və Vinisiusdan qorxur”

“Real”da Arda Güler problemi “Mbappe və Vinisiusdan qorxur”

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Real”ın baş məşqçisi Joze Mourinyonun Arda Gülərlə bağlı qərarları İspaniya mətbuatında tənqid olunub.

Apasport.az xəbər verir ki, “Mundo Deportivo”nun yazarı Xavier Boş portuqaliyalı mütəxəssisin türk futbolçuya münasibətini şərh edib.

Boş bildirib ki, Arda Güler “Betis”lə səfər matçında “Real”ın ən yaxşı futbolçusu olsa da, hesab 0:0 olarkən əvəzlənib:

“Mbappe və Vinisius toxunulmaz kimi görünür. Buna görə də meydandan çıxarılan Arda oldu. Diomande oyuna daxil edildi, amma komandanın oyunu yaxşılaşmadı. Əksinə, oyunu çox yaxşı oxuyan və komandanın istiqamətini müəyyənləşdirən futbolçunu itirdi”.

İspaniyalı jurnalist eyni halın mövsümün ilk matçında da yaşandığını vurğulayıb. Onun fikrincə, Arda “Espanyol”la görüşdə də komandanın ən yaxşısı olsa da, hesab 1:1 olarkən yenə əvəzlənib:

“Mourinyo bunu meydandakı performansa əsasən yox, Mbappe və Vinisiusu narazı salmamaq üçün etdi. Sanki onlardan qorxur. Eyni zamanda Diomandenin klub tarixinin ən bahalı transferi olmasını əsaslandırmağa çalışır. Arda isə gəncdir, eqosu daha aşağıdır və şikayət etmir”.

Boş bunun uzunmüddətli perspektivdə “Real” üçün problem yarada biləcəyini də qeyd edib:

“Arda futbolu çox yaxşı anlayır və hər iki oyunda meydandan çıxarılmasının futbol baxımından ədalətsiz olduğunu bilir. Mövsümün əvvəlində komandanın ən yaxşı futbolçusunu davamlı əvəzləmək “Real” üçün problemə çevrilə bilər. Bu vəziyyət isə ‘Barselona’nın xeyrinədir”.

Qeyd edək ki, “Real” La Liqanın IV turunda səfərdə “Betis”ə 0:1 hesabı ilə məğlub olub. Qarşılaşmanın yeganə qolunu 81-ci dəqiqədə Troy Parrot vurub. Arda Güler isə 64-cü dəqiqədə əvəzlənib.

Vaynaldum “Əl-İttihad”a keçib - RƏSMİ “Fiorentina” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ "Siti"nin hücumçusu Səudiyyə Ərəbistanı klubunda Rafael Leao: “Qalatasaray” böyük klubdur” Sabiq “Qalatasaray”lı Braziliyada çıxış edəcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri