“Real”ın ulduzu dublyorla əvəzlənib? “Bu, həqiqi Vinisius deyil”

30.09.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliyada “Real”ın və milli komandanın futbolçusu Vinisius Juniorla bağlı qəribə iddialar yayılıb.
Apasport.az xəbər verir ki, sosial şəbəkələrin bəzi istifadəçiləri braziliyalı ulduzun 2026-cı il dünya çempionatından sonra yoxa çıxdığını və onun yerinə reklam müqavilələrini, eləcə də futbolçu karyerasını davam etdirmək üçün dublyorun gətirildiyini iddia edirlər.
Nəzəriyyənin yayılmasına səbəb kimi Vinisiusun xarici görünüşündəki bəzi dəyişikliklər göstərilir. Xüsusilə Braziliyanın Avstraliya ilə oyunundakı görüntülər müzakirəyə səbəb olub. Bəzi istifadəçilər milli komandadakı Vinisiusun bud nahiyəsində “Real”da oynayan zaman görünən döymələrin olmadığını iddia ediblər.
İddialar bununla da məhdudlaşmayıb. Sosial şəbəkələrdə CIA, Rotşildlər və müxtəlif “elitaların” futbolçunun dəyişdirilməsində rol oynadığı, hətta Vinisius və Neymarın dünya çempionatı zamanı “reptilian yadplanetlilər tərəfindən qaçırıldığı” kimi versiyalar da yayılıb. Nəzəriyyə əsasən Braziliyadakı forumlar və “TikTok” hesablarında populyarlaşıb.
“Real” və futbolçunun ətrafı isə yayılan bu məlumatlara münasibət bildirməyə ehtiyac görməyib. Madrid klubu və Vinisiusun yaxın çevrəsi bu iddiaları əsassız “feyk nyus” kimi qiymətləndirərək tamamilə görməzdən gəlir.
Qeyd edək ki, Vinisius hazırda Braziliya millisinin heyətindədir və sentyabrda Avstraliyaya qarşı keçirilən yoldaşlıq oyunlarında iştirak edib.

Super Liqada yeni təyinat - RƏSMİ Müller daha 1 il MLS klubunda Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью