“Real”ın ulduzu dublyorla əvəzlənib? “Bu, həqiqi Vinisius deyil”
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Braziliyada “Real”ın və milli komandanın futbolçusu Vinisius Juniorla bağlı qəribə iddialar yayılıb.
Apasport.az xəbər verir ki, sosial şəbəkələrin bəzi istifadəçiləri braziliyalı ulduzun 2026-cı il dünya çempionatından sonra yoxa çıxdığını və onun yerinə reklam müqavilələrini, eləcə də futbolçu karyerasını davam etdirmək üçün dublyorun gətirildiyini iddia edirlər.
Nəzəriyyənin yayılmasına səbəb kimi Vinisiusun xarici görünüşündəki bəzi dəyişikliklər göstərilir. Xüsusilə Braziliyanın Avstraliya ilə oyunundakı görüntülər müzakirəyə səbəb olub. Bəzi istifadəçilər milli komandadakı Vinisiusun bud nahiyəsində “Real”da oynayan zaman görünən döymələrin olmadığını iddia ediblər.
İddialar bununla da məhdudlaşmayıb. Sosial şəbəkələrdə CIA, Rotşildlər və müxtəlif “elitaların” futbolçunun dəyişdirilməsində rol oynadığı, hətta Vinisius və Neymarın dünya çempionatı zamanı “reptilian yadplanetlilər tərəfindən qaçırıldığı” kimi versiyalar da yayılıb. Nəzəriyyə əsasən Braziliyadakı forumlar və “TikTok” hesablarında populyarlaşıb.
“Real” və futbolçunun ətrafı isə yayılan bu məlumatlara münasibət bildirməyə ehtiyac görməyib. Madrid klubu və Vinisiusun yaxın çevrəsi bu iddiaları əsassız “feyk nyus” kimi qiymətləndirərək tamamilə görməzdən gəlir.
Qeyd edək ki, Vinisius hazırda Braziliya millisinin heyətindədir və sentyabrda Avstraliyaya qarşı keçirilən yoldaşlıq oyunlarında iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















