Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. “Son bir ay ərzində keçirilən dörd mühüm beynəlxalq əhəmiyyətli tədbir və bu sammitlərdə Az
Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, BMT Baş Assambleyasının 80 sessiyası, Türk Dövlətləri Təşkilatının Qələbə sammiti, Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası, Yaxın Şərq Sülh sammiti dünyaya yeni reallıqlardan yanaşmanı ortaya qoymaqla cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi yeni dövr, yeni yanaşmalar tələb edir fikrini bir daha təsdiqlədi.
“Yeni yanaşma əlbəttə sülhün, təhlükəsizliyin təmin edilməsi, dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın inkişafı, insanların xoşbəxt gələcəyinə imkanların yaradılmasıdır.
Azərbaycan Prezidenti dövlət rəhbəri seçildiyi ilk gündən məhz bu amalları, əməlləri dəstəkləyib, fəaliyyətini bəşəri ideyaların həyata keçirilməsinə, dünyada, regionda sülhün, təhlükəsizliyin bərqərar edilməsinə yönəldib, səylərini ali məqsədlərə sərf etmişdir.
Sülhsevər, inkişaf edən dövlət imici, beynəlxalq aləmdə söz sahibinə çevrilməyimiz məhz bu fəaliyyətin, səylərin nəticəsində mümkün olmuşdur.
Azərbaycan nəinki Cənubi Qafqazda lider kimi tanınmış, eləcə də dünyada nüfuz sahibinə çevrilmişdir.
Son günlərdə keçirilən bu mühüm tədbirlərin mövzusu, amalı da məhz sülhə, təhlükəsizliyə, münaqişələrin aradan qaldırılmasına, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, toxunulmazlığına hörmət edilməsinə yönəldilmişdir.