Icma.az
close
up
RU
Reallıqlara önəm verilir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Reallıqlara önəm verilir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Son bir ay ərzində keçirilən dörd mühüm beynəlxalq əhəmiyyətli tədbir və bu sammitlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək və hörmətli dövlət rəhbəri statusunda iştirakı, çıxışları, səsləndirdiyi bəyanatlar, təkliflər ölkəmizin, Prezidentimizin dünyada, beynəlxalq aləmdə böyük hörmətə, ehtirama layiq olduğunu göstərir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, BMT Baş Assambleyasının 80 sessiyası, Türk Dövlətləri Təşkilatının Qələbə sammiti, Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası, Yaxın Şərq Sülh sammiti dünyaya yeni reallıqlardan yanaşmanı ortaya qoymaqla cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi yeni dövr, yeni yanaşmalar tələb edir fikrini bir daha təsdiqlədi.

“Yeni yanaşma əlbəttə sülhün, təhlükəsizliyin təmin edilməsi, dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın inkişafı, insanların xoşbəxt gələcəyinə imkanların yaradılmasıdır. Azərbaycan Prezidenti dövlət rəhbəri seçildiyi ilk gündən məhz bu amalları, əməlləri dəstəkləyib, fəaliyyətini bəşəri ideyaların həyata keçirilməsinə, dünyada, regionda sülhün, təhlükəsizliyin bərqərar edilməsinə yönəldib, səylərini ali məqsədlərə sərf etmişdir.

Sülhsevər, inkişaf edən dövlət imici, beynəlxalq aləmdə söz sahibinə çevrilməyimiz məhz bu fəaliyyətin, səylərin nəticəsində mümkün olmuşdur. Azərbaycan nəinki Cənubi Qafqazda lider kimi tanınmış, eləcə də dünyada nüfuz sahibinə çevrilmişdir.

Son günlərdə keçirilən bu mühüm tədbirlərin mövzusu, amalı da məhz sülhə, təhlükəsizliyə, münaqişələrin aradan qaldırılmasına, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, toxunulmazlığına hörmət edilməsinə yönəldilmişdir. Çünki dünya dövlətləri arasında münasibətləri yaxşılaşdırmasan heç bir inkişafa, əməkdaşlığa nail olmaq mümkün deyildir.

Azərbaycanın düşmən üzərində tarixi qələbəsi, sülh yolunda atılan inamlı addımlar, təhlükəsizlik, əminamanlıq uğrunda səsləndirilən bəyanatlar, ölkəmizdə bu istiqamətdə təşkil edilən yüksək səviyyəli tədbirlər, görüşlər, danışıqlar, imzalanan sənədlər məhz sülhü reallığa çevirmək, dövlətimizi şöhrətləndirmək, xalqımızı ucaltmaq üçündür. Həyata keçirilən tədbirlər dünyaya bir nümunədir və qiymətləndirildiyi üçün hər birimizi qürurlandırır”-deyə, Tahir Rzayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri