Rəcəb Babaşov bir qrup jurnalisti təltif etdi FOTOLAR | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxda da 22 İyul - Milli Mətbuat Gününə, mətbuatın yaradılmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qərb bölgəsi üzrə fəaliyyət göstərən qəzetlərin, televiziyaların bölgə müxbirləri, təhsil, mədəniyyət işçiləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mətbuat işçilərini, onların rəhbərliklərini peşə bayramları, 22 İyul – Milli Mətbuat Günü və Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşərək onlara yeni-yeni yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayıb.
Rayon rəhbəri qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərmiş, müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır.
1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər artıb çoxalmışdır.
İcra başçısı vurğulayıb ki, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir.
Tam oxu
Xəbəri oxu