Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Rəcəb Babaşov bir qrup jurnalisti təltif etdi FOTOLAR

Rəcəb Babaşov bir qrup jurnalisti təltif etdi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxda da 22 İyul - Milli Mətbuat Gününə, mətbuatın yaradılmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qərb bölgəsi üzrə fəaliyyət göstərən qəzetlərin, televiziyaların bölgə müxbirləri, təhsil, mədəniyyət işçiləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mətbuat işçilərini, onların rəhbərliklərini peşə bayramları, 22 İyul – Milli Mətbuat Günü və Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşərək onlara yeni-yeni yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayıb. 

Rayon rəhbəri qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərmiş, müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər artıb çoxalmışdır. İcra başçısı vurğulayıb ki, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”, - deyən Ulu Öndər jurnalistlərin dostu adını qazanmışdır. Ölkəmiz müharibə şəraitində yaşasa da Heydər Əliyev böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etmişdir. Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlət başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Rayon rəhbəri bildirib ki, ölkə başçısı Azərbaycan mətbuatına dəyər verərək demişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”. İcra başçısı söyləyib ki, Prezidentin bu dəyərli fikirlərinə əsaslanaraq bildirmək istəyirəm ki, Azərbaycan jurnalistləri vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr verəcək, hər zaman prinsipiallıq nümayiş etdirəcək, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutacaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin edəcək, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışacaqlar. Sonda icra başçısı mətbuat işçilərini əlamətdar gün münasibətilə bir daha təbrik edərək Azərbaycanın daha da tərəqqisi naminə fəaliyyətlərində yeni uğurlar, cansağlığı arzulayıb.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktrou Fəridə Xudiyeva, Bakı Dövlət Universitetinin Qazax filialında Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli çıxış edərək tədbirdə iştirak edən mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıblar. 150 illik şanlı tarixi yol qət edən Azərbaycan mətbuatının yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan söz açıblar. Çıxışlarda Azərbaycan milli mətbuatının bütün dövrlərdə həqiqət carçısı olduğu, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirdiyini, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Bu gün də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirilir, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Natiqlər diqqətə çatdırıblar ki, mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılır. Çıxış edənlər Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı Qələbəsini, xalq-ordu birliyini, eyni zamanda, ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətraflı işıqlandırdıqlarını söyləyiblər. 44 günlük Vətən müharibəsində şanlı tarix yazan və qalib olan Azərbaycan dövlətinin vətəndaşı olan mətbuat işçilərinin artıq 5 ildir ki, qələbə, zəfər ruhlu yazılar yazdıqlarını, Qarabağda, Şuşada, Xankəndidə, eləcə də işğaldan azad olunmuş bütün torpaqlarda aparılan bərpa və yenidənqurma işlərindən silsilə yazılar hazırladıqlarını vurğulayıblar.

Tədbirdə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bir qrup mətbuat və televiziya əməkdaşına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub. 

Təltif olunan mətbuat işçilərindən “Azərbaycan” qəzetinin bölgə müxbiri Sabir Əliyev, “Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımov, “Respublika” qəzetinin bölgə müxbiri Vəli Vəliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya, səmimi münasibətə, ünvanlarına səslənən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü mətbuat sahəsində çalışan insanlara verilən dəyərin bariz nümunəsi kimi qiymətləndiriblər. 

Sonda xatirə şəkli çəkdirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 İyul 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri