Rəfail Becanov: “Ştaynmayerin etirafı “binokl diplomatiyası”na cavab oldu | Icma.az
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. “Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm və tarixi əhəmiyyət
Bunu "Cümhuriyyət" qəzeti və "Cebheinfo.az" Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
O xatırladıb ki, 2020-ci ilin yayında Almaniya Kansleri Angela Merkel Azərbaycana səfər etsə də, bu, Prezident səviyyəsində ilk səfərdir: “Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, Avropa ölkələri ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə qurulmasının əsas göstəricilərindən biridir.
Bu gün Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biridir.
Avropa ölkələrinin indiki çətin durumlarında təbii ki, onların Azərbaycana ehtiyacı var və Azərbaycan da müstəqil xarici siyasi xəttinə sadiq qalaraq, onlara dəstəyini göstərməkdədir.
Bu mühüm cəhətlərindən biri də Prezident Ştaynmayerin Azərbaycandan əvvəl Ermənistana səfəri zamanı baş verən təxribatla bağlıdır.
Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində özünün rəsmi “Instagram” səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış keçmiş qondarma rejimin “bayrağını” yerləşdirməsi bizim ərazi bütövlüyümüzə qəsd və suverenliyimizə qarşı aşkar təxribat idi.
Azərbaycanın rəsmi etirazından sonra Almaniya Prezident Administrasiyası tərəfindən rəsmi üzrxahlıq bildirilərək, təxribat aradan qaldırıldı".
Tam oxu
Xəbəri oxu