Icma.az
close
up
RU
Rəfail Becanov: “Ştaynmayerin etirafı “binokl diplomatiyası”na cavab oldu

Rəfail Becanov: “Ştaynmayerin etirafı “binokl diplomatiyası”na cavab oldu

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm və tarixi əhəmiyyətinə görə dəyərləndirilməlidir”.

Bunu "Cümhuriyyət" qəzeti və "Cebheinfo.az" Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.

O xatırladıb ki,  2020-ci ilin yayında Almaniya Kansleri Angela Merkel Azərbaycana səfər etsə də, bu, Prezident səviyyəsində  ilk səfərdir:

“Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, Avropa ölkələri ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə qurulmasının əsas göstəricilərindən biridir. Bu gün Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biridir. Avropa ölkələrinin indiki çətin durumlarında təbii ki, onların Azərbaycana ehtiyacı var və Azərbaycan da müstəqil xarici siyasi xəttinə sadiq qalaraq, onlara dəstəyini göstərməkdədir.

Bu mühüm cəhətlərindən biri də Prezident Ştaynmayerin Azərbaycandan əvvəl Ermənistana səfəri zamanı baş verən təxribatla bağlıdır. Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində özünün rəsmi “Instagram” səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış keçmiş qondarma rejimin “bayrağını” yerləşdirməsi bizim ərazi bütövlüyümüzə qəsd və suverenliyimizə qarşı aşkar təxribat idi. Azərbaycanın rəsmi etirazından sonra Almaniya Prezident Administrasiyası tərəfindən rəsmi üzrxahlıq bildirilərək, təxribat aradan qaldırıldı". 

R.Becanov xatırladıb ki, Almaniya Prezidenti Azərbaycana səfəri zamanı prezidentlərin birgə mətbuat konfransında Qarabağla bağlı mövqeyini açıq bəyan etdi:

"Bildirdi ki, biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, onun həmin təxribata qarşı etirafı oldu. 

Bu etiraf, eyni zamanda Almaniya xarixi işlər nazirinin Xankəndi və Şuşa səhərlərini ermənilərin qoyduğu uydurma adlarla adlandırmasına, Bakıda keçirilən COP29-dan əvvəl İrəvanda olduğu zaman erməni əsilli şəxslərlə “qaçqınlar” adı ilə görüş keçirməsinə və “binokl diplomatiyası”nın iştirakçısına çevrilməsinə cavab oldu”.

"Cebheinfo.az"

Açar sözlər: Ştaynmayerin etirafı “binokl diplomatiyası” müşahidə missiyası

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri