“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik FOTOLAR | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müalicə və müayinə üçün “Referans VİP” klinikasının “28 May” filialına yaxınlaşan pasiyent klinikanın həkim heyətinin pasiyentlərə qarşı mümasibətindən dəhşətə gəlib.Demokrat.az Tribuna.az-a istinadən xəbər verir ki, bu barədə şikayətçi Aylin Elçin sosial şəbəkə hesabında yazıb.
Bildirib ki, klinika heyəti xəstələri nəzərə almadan klinikada yüksək səslə musiqiyə qulaq asır, mahnı oxuyurlar:“16 yanvar tarixində, təxminən saat 16:00 radələrində” Referans VİP” klinikasına qəbul üçün yaxınlaşdıq.Burada personalın özünü aparması, daha doğrusu, apara bilməməsi bizi olduqca təəccübləndirdi.Qəbul şöbəsində yerləşən otaqdan yüksək səslə danışmaq, gülmək kimi səslər gəlirdi, sakitliyə riayət olunmurdu.İlkin olaraq buna çox da əhəmiyyət vermədim, lakin bir müddət sonra əməkdaşlardan birinin İbrahim Tatlısəsin “Aramam Soramam” mahnısını qoşub yüksək səslə (hətta deyərdim ki, qışqıraraq) oxumağa başlamasına əhəmiyyət verməmək mümkün deyildi.
Bir anlıq harada olduğumu unutdum: karaoke, yoxsa restoran? Ən çox məni təəccübləndirən isə personalın bu qədər rahat olmağı idi.Personalın
Şəxsən mən kiminsə ucadan oxuduğu mahnını dinləmək məcburiyyətində qalmağı xoş hesab etmirəm.Ümid edirəm ki, rəhbərlik personalına elementar
Lakin dəfələrlə zəng etməyimizə baxmayaraq, bizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Qeyd edə ki, “Refernas” klinikası “Referans Medical Group”a daxildir.“Referans Medical Group”un Müşahidə Şurasının rəhbəri Hansıyar Babayev, direktoru Elgiz Dadaşovdur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu