“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik FOTOLAR
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müalicə və müayinə üçün “Referans VİP” klinikasının “28 May” filialına yaxınlaşan pasiyent klinikanın həkim heyətinin pasiyentlərə qarşı mümasibətindən dəhşətə gəlib.
Demokrat.az Tribuna.az-a istinadən xəbər verir ki, bu barədə şikayətçi Aylin Elçin sosial şəbəkə hesabında yazıb. Bildirib ki, klinika heyəti xəstələri nəzərə almadan klinikada yüksək səslə musiqiyə qulaq asır, mahnı oxuyurlar:
“16 yanvar tarixində, təxminən saat 16:00 radələrində” Referans VİP” klinikasına qəbul üçün yaxınlaşdıq.
Burada personalın özünü aparması, daha doğrusu, apara bilməməsi bizi olduqca təəccübləndirdi.
Qəbul şöbəsində yerləşən otaqdan yüksək səslə danışmaq, gülmək kimi səslər gəlirdi, sakitliyə riayət olunmurdu.
İlkin olaraq buna çox da əhəmiyyət vermədim, lakin bir müddət sonra əməkdaşlardan birinin İbrahim Tatlısəsin “Aramam Soramam” mahnısını qoşub yüksək səslə (hətta deyərdim ki, qışqıraraq) oxumağa başlamasına əhəmiyyət verməmək mümkün deyildi.
Bir anlıq harada olduğumu unutdum: karaoke, yoxsa restoran? Ən çox məni təəccübləndirən isə personalın bu qədər rahat olmağı idi.
Personalın iş yerini karaoke məkanı ilə səhv salması aydın şəkildə bəlli idi, eyni zamanda işçilərə nəzarətin olmaması da hiss olunurdu.
Tibbi müəssisədə bu cür davranış yolverilməzdir və klinikanın etik qaydalarına, eləcə də pasiyentlərə qarşı hörmətsizlikdir. Şəxsən mən kiminsə ucadan oxuduğu mahnını dinləmək məcburiyyətində qalmağı xoş hesab etmirəm.
Ümid edirəm ki, rəhbərlik personalına elementar etik davranış qaydalarını izah edər”.
Narahatlıq yaradan məsələ ilə bağlı sözügedən klinika ilə əlaqə saxlamağa çalışdıq. Lakin dəfələrlə zəng etməyimizə baxmayaraq, bizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edə ki, “Refernas” klinikası “Referans Medical Group”a daxildir.
“Referans Medical Group”un Müşahidə Şurasının rəhbəri Hansıyar Babayev, direktoru Elgiz Dadaşovdur.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 22 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















