Region ölkələrinin vətəndaşları necə YAŞAYIR... | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hər bir ölkə iqtisadiyyatını inkişaf etdirərək vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmağa çalışır.
Təcrübə göstərir ki, həyat səviyyəsi təkcə iqtisadi artımla deyil, həm də sosial ədalətin təmin edilməsi ilə bağlıdır.
Azərbaycanın iqtisadi və sosial vəziyyəti qonşu ölkələrlə müqayisədə müxtəlif göstəricilərə görə fərqlənir.
Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Ermənistanın sosial-iqtisadi göstəricilərinə nəzər salaraq türk, gürcü, erməni, rus və qazax vətəndaşlarının bizimlə müqayisədə necə yaşadıqlarını öyrənək.
Adambaşına ÜDM Adambaşına ümumi daxili məhsul (ÜDM) istehsalı ölkənin iqtisadi gücünü göstərən əsas göstəricilərdən biridir.
Bu göstəriciyə görə sadalanan ölkələr arasında Türkiyə 16 880 dollarla liderdir. Türkiyəni Qazaxıstan və Rusiya daban-dabana izləyir.
Qazaxıstanda adambaşına 15110 dollar, Rusiyada 15 080 dollar ümumi daxili məhsul düşür.
Tam oxu
Xəbəri oxu