Icma.az
close
up
RU
Region ölkələrinin vətəndaşları necə YAŞAYIR...

Region ölkələrinin vətəndaşları necə YAŞAYIR...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir ölkə iqtisadiyyatını inkişaf etdirərək vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmağa çalışır. Təcrübə göstərir ki, həyat səviyyəsi təkcə iqtisadi artımla deyil, həm də sosial ədalətin təmin edilməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi və sosial vəziyyəti qonşu ölkələrlə müqayisədə müxtəlif göstəricilərə görə fərqlənir. Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Ermənistanın sosial-iqtisadi göstəricilərinə nəzər salaraq türk, gürcü, erməni, rus və qazax vətəndaşlarının bizimlə müqayisədə necə yaşadıqlarını öyrənək.

Adambaşına ÜDM

Adambaşına ümumi daxili məhsul (ÜDM) istehsalı ölkənin iqtisadi gücünü göstərən əsas göstəricilərdən biridir. Bu göstəriciyə görə sadalanan ölkələr arasında Türkiyə 16 880 dollarla liderdir. Türkiyəni Qazaxıstan və Rusiya daban-dabana izləyir. Qazaxıstanda adambaşına 15110 dollar,  Rusiyada 15 080 dollar ümumi daxili məhsul düşür.

Azərbaycan, Gürcüstan və Ermənistanın göstəriciləri isə bunlardan təxminən 2 dəfə azdır. Adambaşına məhsul istehsalı Gürcüstanda 8 825 dollar, Ermənistanda 8 575, Azərbaycanda isə 7 381 dollardır.

Əslində, Azərbaycanda ÜDM-in real həcmi hər iki ölkənin qabaqlayır. Məsələ burasındadır ki, adambaşına ÜDM adından da göründüyü kimi orta göstəricidir və burada əhalinin sayı böyük rol oynayır. Əhalisinin sayına görə Azərbaycan Gürcüstan və Ermənistanı 2,5-3 dəfə qabaqlayır.

Əmək haqqı

Regionda ən yüksək əmək haqqı Türkiyədə verilir. Türkiyədə minimum əmək haqqı 606 dollardır. Rusiya bu ildən minimum əmək haqqını 22 440 rubla və ya 260 dollara qaldırıb və siyahıda ikinci yerdədir.

Bu ildən Azərbaycanda da minimum əmək haqqı 400 manata və ya 235 dollara çatdırılıb. Rusiya və Qazaxıstanda isə minimum əmək haqqı müvafiq olaraq  220 və 170 dollardır.  Ermənistanda minimum əmək haqqı 186 dollardır.

Gürcüstanda minimum əmək haqqı 20 dollardır. Təəccüblü görünməsin, dünyada ən aşağı göstəricidir. 1999-cu ildə qəbul edilmiş bu hədd artıq heç bir gürcü bu maaşa işləməz.

Orta aylıq əmək haqqı da Türkiyədə ən yüksəkdir – 1051 dollar. Rusiyada bu göstərici 980 dollar, Qazaxıstanda 864 dollardır. Təəssüf ki, 594 dollarla Azərbaycan Cənubi Qafqazda sonuncudur. Gürcüstanda orta aylıq əmək haqqı 725, Ermənistanda isə 694 dollardır.

Pensiya

Minimum pensiya göstəricilərinə baxdıqda da  ən yüksək məbləğ Türkiyədədir – 397 dollar. Rusiyada minimum pensiya 292 dollar, Azərbaycanda isə 188 dollardır.

Qazaxıstanda əmək haqları yüksək olsa da pensiyalar aşağıdır. Qazaxıstanda minimum pensiya 125 dollardır. Gürcüstanda bundan bir qədər az – 123 dollar təşkil edir. Bu göstəriciyə görə sonuncu yerdə 87 dollarla Ermənistan gəlir.

Yaşayış minimumu

Yaşayış minimumu vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün lazım olan minimum məbləği göstərir. Türkiyədə yaşayış minimumu 22 104 lirə və ya 545 dollar müəyyən edilib.

Azərbaycanda yaşayış minimumu 168 dollar, Rusiyada isə 200 dollar təşkil edir. Gürcüstan və Qazaxıstanda yaşayış minimumu daha aşağıdır: Gürcüstanda 86 dollar, Qazaxıstanda isə 92 dollar olaraq müəyyən edilib. Ermənistanda yaşayış minimumu 140 dollardır.

Bank əmanətləri

Bank əmanətlərinin adambaşına düşən göstəricilərinə nəzər salanda məlum olur ki, bu sahədə ən zəif nəticə Azərbaycandadır. Düzdür, depozitlərin ümumi məbləğinə görə Azərbaycan Gürcüstan və Ermənistanı qabaqlayır. Lakin adambaşına düşən göstərici aşağıdır.

Türkiyədə adambaşına bank əmanətləri 4 492 dollarla ən yüksəkdir. Rusiyada bu rəqəm 4 100 dollar təşkil edir və bununla da Türkiyəni izləyir.

Qazaxıstanda adambaşına bank əmanətləri 2000 dollar olmaqla orta səviyyədədir. Gürcüstanda 850 dollar, Azərbaycanda isə 844 dollar, Ermənistanda isə bu rəqəm 1730 dollar təşkil edir.

  Kredit öhdəlikləri

Qazaxıstanda adambaşına kredit borcu 2435 dollar, Türkiyədə isə 3392 dollardır ki, bu da borclanma səviyyəsinin yüksək olduğunu göstərir. Ermənistanda da kredit borcu yüksəkdir – adambaşı 2800 dollar. Gürcüstanda 2100 dollarla Ermənistanı izləyir.

Azərbaycanda adambaşına kredit borcu 806 dollardır və bölgədə yalnız Rusiyadan irəlidəyik. Rusiyada bu rəqəm  502 dollar təşkil edir.

İşsizlik və yoxsulluq

Rusiyada rəsmi işsizlik 2,3 faiz göstərilir və rəqəmlərin nə qədər doğru olduğunu söyləmək çətindir. Azərbaycanda işsizlik 5,6%, Qazaxıstanda isə 4,6%-dır. Türkiyə və Gürcüstanda isə işsizlik səviyyəsi daha yüksəkdir – müvafiq olaraq 8,6% və 14,2%. Ermənistanda isə 13,3 faiz olduğu bildirilir.

Yoxsulluq səviyyəsi də Ermənistanda yüksəkdir – 26,5 faiz. Gürcüstanda yoxsulluq səviyyəsi 15,6 faiz, Türkiyədə isə 14,4 faizdir. Azərbaycan və Qazaxıstanda bu göstəricilər nisbətən daha aşağıdır – 5,2%.

Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və Qazaxıstan vətəndaşlarının gəlirlərinin hansı hissəsini kredit ödənişlərinə ayırdıqları barədə dəqiq məlumat tapmaq mümkün deyil. Bu göstəricilər əsasən ölkələrin iqtisadi inkişaf səviyyəsindən, həyat standartlarından, kredit təşkilatlarının siyasətindən asılıdır.  

Kredit ödənişinin yüksək olduğu ölkələrdə vətəndaşlar öz maaşlarının böyük bir hissəsini borca ödəyirlər. Bu iqtisadi və maliyyə vəziyyətinin çətin olduğunu və insanların gəlirlərinin yalnız gündəlik ehtiyacları qarşılamaqla deyil, həm də borc ödəmək üçün istifadə edildiyini göstərir. Eyni zamanda ölkələrdə kreditlərin yüksək olması, fərdi istehlakın artmasına və iqtisadi artımın stimullaşdırılmasına səbəb olsa da, bu vəziyyətin uzun müddətli davam etməsi iqtisadi sabitlik və vətəndaşların maliyyə vəziyyəti üçün risklidir.

Ölkə

Azərbaycan

Gürcüstan

Ermənistan

Türkiyə

Rusiya

Qazaxıstan

Adambaşına ÜDM (dollar)

7381

8825

8575

16880

15080

15110

Minimum əmək haqqı (dollar)

235

20

186

606

260

170

Orta aylıq əmək haqqı (dollar)

594

725

694

1051

980

864

Minimum pensiya (dollar)

188

123

87

397

292

125

Yaşayış minimumu (dollar)

168

86

140

545

200

92

Adambaşına bank əmanətləri (dollar)

844

850

1730

4492

4100

2000

Adambaşına kredit borcu (dollar)

806

2100

2800

3392

502

2435

İşsizlik səviyyəsi (%)

5,6

14,2

13,3

8,6

2,3

4,6

Yoxsulluq səviyyəsi (%)

5,2

15,6

26,5

14,4

12,1

5,2

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri