Regiona sabitlik, təhlükəsizlik lazımdır | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb.
Məlum olduğu kimi məhz ölkəmiz sülh prosesinin təşəbbüskarı olmuşdur.
Bu mövzuda danışarkən Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışır, Bakıya səfər edir və onlar nə edəcəklərini bilmirdilər.
Ölkə başçsı Azərbaycan tərəfinin sülh sazişinin mətnini hazırlayaraq Ermənistana göndərdiyini bildirdi.
Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyib.
Lakin Azərbaycan tərəfi qətiyyətlə bildirib ki, “Dağlıq Qarabağ” Ermənistanın təxəyyülündə mövcuddur, bu, reallıqda mövcud deyil.
Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə ölkəmizin daxili siyasətinə aid olan bir məsələ daxil edilə bilməz.
Tam oxu
Xəbəri oxu