Icma.az
close
up
RU
Regiona sabitlik, təhlükəsizlik lazımdır

Regiona sabitlik, təhlükəsizlik lazımdır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Məlum olduğu kimi məhz ölkəmiz sülh prosesinin təşəbbüskarı olmuşdur. Bu mövzuda danışarkən Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışır, Bakıya səfər edir və onlar nə edəcəklərini bilmirdilər. Ölkə başçsı Azərbaycan tərəfinin sülh sazişinin mətnini hazırlayaraq Ermənistana göndərdiyini bildirdi. Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyib. Lakin Azərbaycan tərəfi qətiyyətlə bildirib ki,  “Dağlıq Qarabağ” Ermənistanın təxəyyülündə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə ölkəmizin daxili siyasətinə aid olan bir məsələ daxil edilə bilməz.

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev  müzakirələrin iki il sürdüyünü və heç bir irəliləyişin olmadığını vurğuladı. Lakin həmin əraziləri sentyabrda Azərbaycan azad edəndən sonra Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi.

Prezident İlham Əliyev 2024-cü ilin yanvarında real danışıqların başlanıldığını və Azərbaycanın hazırladığı layihənin mətni üzərində iş getdiyini və həmin mətnin razılaşdırıldığını açıqladı. Ölkə başçısı birmənalı olaraq bəyan etdi ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana bilər.

III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev mətnin paraflana biləcəyini və Azərbaycan tərəfinin artıq Əbu-Dabidə bu təkliflə çıxış etdiyini diqqətə çatdırdı. Tərəflər sülh müqaviləsinin imzalanmasına çox yaxındır. Ölkə başçısı bu prosesin geridönməz xarakter aldığını və Azərbaycanın heç nəyi yenidən müzakirə etməyəcəyini bəyan etdi. Əgər Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ölkəmizin düzgün istiqamətdə olduğunu qeyd edən Prezident İlham Əliyev Ermənistan tərəfinin ev tapşırıqlarını yerinə yetirməli olduğunu bildirdi. Bu baş verdiyi halda sülh müqaviləsi imzalana bilər. Sülh müqaviləsinin imzalanması region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq, deyə, Prezident  İlham Əliyev III Şuşa Qlobal Media Forumunda qeyd etdi. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Regiona sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, region ölkələri artıq sülh şəraitində yaşamalıdırlar.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri