Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdışı Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib.
Hazırkı strateji mərhələdə zamanında indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan bir neçə dəhşətli deportasiya nəticəsində zorla çıxarılan soydaşlarımızın tarixi yurd yerlərinə qayıdışı ölkəmizdə əsas ümummilli ideyalardan biri qismində çıxış edir.
Azərbaycan dövlət və cəmiyyət olaraq bu məsələni diqqət mərkəzində saxlayır.
Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra növbəti hədəfimizə çatacağımıza da böyük inamımız var.
Bəhs olunan konfransın uğurla baş tutması bu istiqamətdə atılan növbəti uğurlu addım oldu.
Konfransda aparılan aktual müzakirələr həm soydaşlarımızın tarixi yurd yerlərinə dönmək istəyində israrlı olduqlarını, həm də Azərbaycanın ədalət və barış mövqeyində dayandığını bütün dünyaya nümayiş etdirdi.
Yekun sənəddə konfransda aparılmış müzakirələrin xülasəsi verilir.