Icma.az
close
up
RU
Regionda barışıq və sülhün mühüm şərti...

Regionda barışıq və sülhün mühüm şərti...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdışı

Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib. Hazırkı strateji mərhələdə zamanında indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan bir neçə dəhşətli deportasiya nəticəsində zorla çıxarılan soydaşlarımızın tarixi yurd yerlərinə qayıdışı ölkəmizdə əsas ümummilli ideyalardan biri qismində çıxış edir. Azərbaycan dövlət və cəmiyyət olaraq bu məsələni diqqət mərkəzində saxlayır. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra növbəti hədəfimizə çatacağımıza da böyük inamımız var. Bəhs olunan konfransın uğurla baş tutması bu istiqamətdə atılan növbəti uğurlu addım oldu.

Konfransda aparılan aktual müzakirələr həm soydaşlarımızın tarixi yurd yerlərinə dönmək istəyində israrlı olduqlarını, həm də Azərbaycanın ədalət və barış mövqeyində dayandığını bütün dünyaya  nümayiş etdirdi. Yekun sənəddə konfransda aparılmış müzakirələrin xülasəsi verilir. Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba oxuyub. “Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması” mövzusunda İkinci Beynəlxalq Konfransda toplaşaraq, Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə etdilər”, - deyə sənəddə vurğulanıb.

Hələ də həllini tapmayan böyük ədalətsizlik

Zamanında soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi  öz miqyasına və xarakterinə görə dünyada qeydə alınan eyni məzmunlu hadisələr sırasında xüsusi qəddarlıqla törədilməsi iə diqqət çəkir. Dünya tarixində bir yüzillikdə eyni bir toplumun dörd dəfə ən ağır şərtlər altında dəhşətli deportasiyalara məruz  qalması faktına rast gəlinmir. Qərbi Azərbaycandan qovulan soydaşlarımız XX yüzillikdə məhz belə acı tale ilə üzləşiblər. Onlar 1918, 1921, 1948-1953 və 1987-1991-ci illərdə olmaqla doğma ev-eşiklərindən zorla çıxarılıblar. Ən acınacaqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Qərbi Azərbaycanda dağlıq zonada yaşamağa öyrəşmiş soydaşlarımızın yeni yaşayış ünvanları kimi bir qayda olaraq aran bölgələri seçilib ki, bu da adaptasiyanın çox ağır keçməsi ilə nəticələnib. Sonuncu deportasiyayadək indiki Ermənistan ərazisində 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə soydaşlarımız məskunlaşmışdılar. Onların hamısı cəmi 3 il ərzində yurd yerlərindən  zorla çıxarıldı. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Eyni zamanda, Qarabağda da xalqımıza qarşı cinayətlər  törədildi. Yüz minlərə insanın taleyinə bu şəkildə qərar verilməsi humanizm dəyərlərinin tamam unudulması anlamına gəlir.  “İştirakçılar qeyd etdilər ki, köçkünlük insan hüquqlarının ən ciddi pozuntularından biridir və azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir”, - deyə yekun sənəddə bildirilir.

Beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunan məsələ

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşıb. Aydın şəkildə dərk olunur ki,  beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür. Bir sıra beynəlxalq konvensiyalar insanların qayıdış hüququnu tanıyır. Ancaq özlərini dünyaya “mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilər azərbaycanlıların bu hüquqlarını qəbul etmək istəmirlər. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. İndiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən tarixi sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Bəs özlərini “mədəni xalq” adlandıran ermənilər tarixi niyə iqnor edirlər?  Soydaşlarımız yurd yerlərinə tanklarla, top-tüfəngə deyil, dinc şəkildə qayıtmaq istəyirlər. Rəsmi İrəvan isə bu istəyi, böyük bir toplumun dinc məqsədini beynəlxalq birliyə “Azərbaycan Ermənistana qarşı ərazi iddiaları sərgiləyir” məzmununda təqdim edir. Absurd, məntiqi olmayan qənaətdir. Dünyanı ermənisayağı aldatmaq, manipulyasiya etmək cəhdləri ortadadır. Buradan da hansı xalqın daha mədəni xalq olduğu aydın şəkildə görünür.

Yekun sənəddə qayıdış hüququnun beynəlxalq norma və prinsiplərə uyğun olduğuna xüsusi vurğu edilib. Sənədə oxuyuruq: “İştirakçılar vurğuladılar ki, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd etdilər.

İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıq ifadə etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunu, Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırdılar”.

Hazırda dünyanın ayrı-ayrı regionlarında insanlar oxşar məzmunlu problemlərdən əziyyət çəkirlər. Yekun sənəddə qeyd olunduğu kimi, konfrans iştirakçıları xatırladıblar ki, azərbaycanlılar postsovet məkanında etnik münaqişələrin ilk qurbanları olmuş və beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası digər münaqişələrin yaranmasına gətirib çıxarmışdır. Onlar vurğulayıblar ki, Qərbi azərbaycanlıların təhlükəsiz qayıdış hüquqlarının tam bərpası dünyada münaqişələrin həlli üçün müsbət bir nümunə ola bilər.

Konfrans iştirakçıları qayıdacaq Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə qayıtması və qayıdış prosesinin hərtərəfli planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik səylər göstərməyə çağırıblar. İştirakçılar qayıdanların reinteqrasiyası sahəsində gözlənilən çətinlikləri qeyd ediblər və Qərbi azərbaycanlılar qayıdacaq yerlərdə infrastrukturların bərpası, onlara humanitar yardım göstərilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş səylərin vacibliyini diqqətə çatdırıblar.

Soydaşlarımızın mülkiyyət hüquqları bərpa olunmalıdır

 Yuxarıda bəhs etdiyimiz  deportasiyalar zamanı minlərlə insan həyatını itirib, soydaşlarımıza hətta ev əşyalarını özləri ilə götürməyə belə imkan verilməyib. Qanunsuz olaraq müsadirə edilmiş əmlakların geri qaytarılması yalnız fərdi ədalətin deyil, həm də münaqişə sonrası barışıq və etimad mühitinin qurulması üçün çox mühüm amillərdən biridir. Ermənistan hakimiyyəti belə bir iradə ortaya qoymaqla regionda həqiqətən də  münaqişə, qarşıdurma səhifəsini bağlamaq istəyində olduğunu təsdiqləmiş olar. Ancaq indiyədək Ermənistandan gələn bəyanatların məzmunundan aydın şəkildə görünür ki, rəsmi İrəvan belə bir siyasi iradədən, humanist yanaşmadan çox uzaqdır. Yekun sənədində də bildirildiyi kimi, iştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğulayıblar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırıblar. Tədbirdə qeyd edilib ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.

Başqa bir mühüm məqam mədəni irsə vurulan ziyanla bağlıdır. Ən qəddar formalarda həyata keçirilən deportasiyalar nəticəsində yalnız insanlar faciələrlə üzləşməmişlər. Həmçinin tarixi abidələrimiz, mədəni-dini irs nümunələrimiz də erməni vandalizminə məruz qalıb. Ermənilər tarixi ərazilərimizdə azərbaycanlı izlərini itirməkdən ötrü ən ağlagəlməz vasitələrə əl atıblar. Hətta qəbristanlıqlar, məscidlər belə dağıdılıb. O cümlədən UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulub. Xalqımızın Ermənistan ərazisində yaratdığı mədəni irs nümunələrindən yalnız Göy Məscid günümüzə qədər salamat qalıb. Lakin bu abidəyə münasibətdə də erməni xisləti ortadadır. Belə ki, Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Yekun sənəddə konfrans iştirakçılarının Ermənistanda  azərbaycanlıların mədəni irsinin, o cümlədən məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin sistematik şəkildə məhv edilməsindən narahatlıq ifadə etdiklərinə diqqət çəkilib. Vurğulanır ki, iştirakçılar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək, bu mədəni irsin vəziyyətinin qiymətləndirilməsi, qorunması və bərpası üçün UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb olunmasına çağırıblar.

Ermənistan birgəyaşayış üçün şərait yaratmalıdır

Tarixi ədalətin bərpası  barışıq və daimi sülh üçün zərurətdir. Konfrans iştirakçıları Ermənistanı azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin şöhrətləndirilməsinə son qoymağa, nifaqı davam etdirən strukturları ləğv etməyə və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa çağırıblar. Onlar vurğulayıblar ki, barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması və birgəyaşayış və inam üçün şərait yaratması vacibdir.

Yekun sənəddə konfransda Ermənistan hökumətinə regional sülhə mane olan siyasətini və konstitusiya müddəalarını aradan qaldırmağa və iqtisadi və sosial əməkdaşlıq imkanlarını qəbul etməyə çağırış edildiyinə diqqət çəkilib. İştirakçılar Ermənistanın öz öhdəliklərinə uyğun olaraq kommunikasiyaları açmasının Cənubi Qafqazda ümumi rifaha və sabitliyə yardım edəcəyini vurğulayıblar. “İştirakçılar qayıdış hüququnu regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı olduqlarını təsdiq etdilər. Onlar Qərbi azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətlə geri dönüşünün yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu vurğuladılar”, - deyə yekun sənəddə bildir?lib.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see142

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see135

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see127

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see114

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri