Regionlarda özəl məktəblər niyə yoxdur? AÇIQLAMA | Icma.az
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda özəl təhsil müəssisələrinin sayı ümumi təhsil sistemi ilə müqayisədə çox aşağı azdır.
2023-2024-cü tədris ilinin əvvəlində təqdim olunan statistik məlumatlara görə, ölkədə 4 422 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların yalnız 34-ü özəl məktəblərdir.
Bu məktəblərin böyük əksəriyyəti paytaxt Bakıda yerləşir, bölgələrdə isə özəl təhsil müəssisələrinin sayı olduqca məhduddur.
Müqayisə üçün qonşu Gürcüstanın statistikasına nəzər yetirsək, Gürcüstanda fəaliyyət göstərən 2 296 təhsil müəssisəsinin 210-u özəl məktəbdir.
Bu, ölkədəki ümumi məktəblərin təxminən 10%-ni təşkil edir. Azərbaycanda isə həmin göstərici xeyli aşağıdır.
Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, dövlət təhsil müəssisələrinin inkişafına verilən dəstək özəl təhsil müəssisələrinə də göstərilməlidir: “Bu gün dövlət təhsil müəssisələrinin inkişafı üçün müəyyən addımlar atır.
Lakin əsasən bölgələrdə dövlət təhsil müəssisələri ilə bağlı rasionallaşma və optimallaşma məsələlərinə ehtiyac var.
Tam oxu
Xəbəri oxu