Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuata açıqlamasında Zəngəzur dəhlizi i
Paşinyan qeyd edib ki, Ermənistan Respublikası “Dünyanın kəsişməsi” layihəsini masaya qoyub və onu həyata keçirməyə hazırlaşır.
Onun sözlərinə görə, İrəvan öz layihəsinin həyata keçməsində maraqlıdır. “Bizim gündəmimizdə başqa layihə yoxdur.
“Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyaların, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan-Ermənistan yolunun açılmasını nəzərdə tutur”.
Paşinyan Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun çəkilməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Bu, Arazdəyən-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması üçün Azərbaycana çox konkret təklifdir.
Bu, təklifdən çox, konkret məsələlərin həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz dəmir yolunun tikintisinə başlayacağıq”,- deyə Paşinyan bildirib.
Maraqlıdır, görəsən, Paşinyan hakimiyyətinin “Dünyanın kəsişməsi” layihəsi nə dərəcədə xüsusi əhəmiyyət kəsb edir?
Bu layihə bütöv regiona fayda verəcək hansı prioritetlərə malikdir? Paşinyan bu layihə ilə hansı hədəfləri güdür?