Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Regionu qovşağa çevirəcək Zəngəzur dəhlizi

Regionu qovşağa çevirəcək Zəngəzur dəhlizi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuata açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə bəyanat verib. 

Paşinyan qeyd edib ki, Ermənistan Respublikası “Dünyanın kəsişməsi” layihəsini masaya qoyub və onu həyata keçirməyə hazırlaşır. Onun sözlərinə görə, İrəvan öz layihəsinin həyata keçməsində maraqlıdır.

“Bizim gündəmimizdə başqa layihə yoxdur. “Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyaların, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan-Ermənistan yolunun açılmasını nəzərdə tutur”. 

Paşinyan Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun çəkilməsi ilə bağlı məsələyə də münasibət bildirib: 

“Bu, Arazdəyən-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması üçün Azərbaycana çox konkret təklifdir. Bu, təklifdən çox, konkret məsələlərin həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz dəmir yolunun tikintisinə başlayacağıq”,- deyə Paşinyan bildirib. 

Maraqlıdır, görəsən, Paşinyan hakimiyyətinin “Dünyanın kəsişməsi” layihəsi nə dərəcədə xüsusi əhəmiyyət kəsb edir? Bu layihə bütöv regiona fayda verəcək hansı prioritetlərə malikdir? Paşinyan bu layihə ilə hansı hədəfləri güdür? 

Əslinə baxanda, İrəvanın “Dünyanın kəsişməsi” layihəsi heç bir ciddi əhəmiyyət daşımır və heç bir ölkənin də diqqətini çəkmir. 

Sadəcə olaraq, Paşinyan hakimiyyəti boş-boş təşəbbüslər irəli sürməklə prosesi uzadır və əsas məqsədi beynəlxalq ictimaiyyəti Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa sövq etməkdir. 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunması, region dövlətləri arasında daha sıx iqtisadi bağlantıların qurulması üçün layihə irəli sürüb. Həm Bakı, həm də Ankara Cənubi Qafqazı beynəlxalq və regional nəqliyyat qovşağına çevirməkdə maraqlıdır. 

Sözsüz ki, regionu qovşağa çevirəcək amil Zəngəzur dəhlizidir. Bu dəhlizin hədəfi yaxın gələcəkdə Cənubi Qafqazı Yaxın Şərqi, Şərqi Aralıq dənizi və Avropa məkanını, həmçinin Avropa ölkələri və Türkiyəni Cənubi Qafqaz, Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya birləşdirmək, o cümlədən Çinin və Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış imkanlarını təmin etməkdir. Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” layihəsinin “Orta Dəhliz” qolunun reallaşmasına münasib şərait yaradacaq. 

Azərbaycan və Türkiyənin layihəsi həm Cənubi Qafqaza, həm Mərkəzi Asiyaya, həm də Avropa məkanına milyardlarla gəlir qazandıracaq. 

Ermənistan ərazisi üzərindən Azərbaycanın qərb bölgələri ilə Naxçıvana və oradan Türkiyəyə qədər uzanacaq dəhliz iki istiqamətdə - dəmir və avtomobil yolu şəkilində fəaliyyət göstərəcək. Bu baxımdan, Zəngəzur dəhlizi Avropa ölkələrinin və Çinin marağındadır. 

Ermənistan hakimiyyəti də Zəngəzur dəhlizinin əhəmiyyətini başa düşür. Amma kor tutduğunu buraxmaq istəmədiyi kimi, İrəvan da öz boş istəklərindən əl çəkmək istəmir. Yaxşı olardı ki, Paşinyan hakimiyyəti mənasız və heç bir əhəmiyyət kəsb etməyən təşəbbüslər irəli sürmək əvəzinə Azərbaycan və Türkiyənin təşəbbüslərinin reallaşmasına dəstək versin. 

Ermənistanın öz ərazisindən dəhlizin açılmasına razılıq verməkdən başqa çarəsi yoxdur. Bu, Ermənistanın özünə də xeyirli olacaq. 

Dəhlizin açılacağı təqdirdə Ermənistan uzunmüddətli blokadadan çıxacaq, Türkiyə ilə sərhədləri açılacaq və Azərbaycan üzərindən Rusiya və Mərkəzi Asiyaya çıxış imkanları əldə edəcək. Azərbaycanla yanaşı, Ermənistan da logistik mərkəzə çevriləcək. Bununla həm Azərbaycan, həm də Ermənistana milyardlarla vəsait axacaq. Ermənistan doğru-düzgün düşünüb öz ərazisindən dəhlizin açılmasına razılıq verməlidir. 

Yunis Abdullayev
"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri