Icma.az, Moderator.az saytına istinadən bildirir. İş mühitində rəhbərlərin işçilərə qarşı sərt, bəzən isə alçaldıcı münasibət göstərməsi cəm
Bəzi rəhbərlər güc və nüfuz sahibi olduqca, başqalarına dominantlıq etmə ehtiyacı hiss edirlər.
Onların tənqid və təhqirdən “zövq alması” isə daha dərin psixoloji problemlərin olmasından xəbər verir.
Niyə məhz ölkəmizdə işəgötürənlər işçilərlə “qul” kimi rəftar edir? Bunun arxasında hansı psixoloji və sosial səbəblər dayanır?
İş mühitində alçaldıcı davranışlar hansı psixoloji problemlərin göstəricisidir?
Bu barədə Moderator.az-a danışan psixoloq Nizami Orucov deyir ki, “Fironluq” anlayışı günümüzdə də aktualdır: “Tarixdən bildiyimiz kimi, Firon gücünün çatdığı insanlara qarşı qəddar və amansız idi, lakin ondan güclüsü qarşısına çıxana qədər bu ağalığını davam etdirirdi.
Bu xüsusiyyətlər günümüzdə bəzi rəhbərlərdə də müşahidə olunur.
Onlar kollektivin zəif cəhətlərini gördükdə, onları inkişaf etdirmək və potensiallarını üzə çıxarmaq yerinə, əzməyə və işçilərinə “qul” kimi baxmağa üstünlük verirlər.