Icma.az
close
up
RU
Rəhbərlər niyə işçilərini alçaltmağa meyilli olurlar? Nizami Orucov açıqladı

Rəhbərlər niyə işçilərini alçaltmağa meyilli olurlar? Nizami Orucov açıqladı

Icma.az, Moderator.az saytına istinadən bildirir.

İş mühitində rəhbərlərin işçilərə qarşı sərt, bəzən isə alçaldıcı münasibət göstərməsi cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biridir. Bəzi rəhbərlər güc və nüfuz sahibi olduqca, başqalarına dominantlıq etmə ehtiyacı hiss edirlər. Onların tənqid və təhqirdən “zövq alması” isə daha dərin psixoloji problemlərin olmasından xəbər verir. Niyə məhz ölkəmizdə işəgötürənlər işçilərlə “qul” kimi rəftar edir? Bunun arxasında hansı psixoloji və sosial səbəblər dayanır? İş mühitində alçaldıcı davranışlar hansı psixoloji problemlərin göstəricisidir?

Bu barədə Moderator.az-a danışan psixoloq Nizami Orucov deyir ki, “Fironluq” anlayışı günümüzdə də aktualdır:

“Tarixdən bildiyimiz kimi, Firon gücünün çatdığı insanlara qarşı qəddar və amansız idi, lakin ondan güclüsü qarşısına çıxana qədər bu ağalığını davam etdirirdi. Bu xüsusiyyətlər günümüzdə bəzi rəhbərlərdə də müşahidə olunur. Onlar kollektivin zəif cəhətlərini gördükdə, onları inkişaf etdirmək və potensiallarını üzə çıxarmaq yerinə, əzməyə və işçilərinə “qul” kimi baxmağa üstünlük verirlər. Bunun əsas səbəbi isə özlərini əziyyətə vermək istəməmələridir”.

Psixoloqun fikrincə, belə davranışın kökündə uşaqlıq dövründə formalaşan hisslər dayanır. Bəzi insanlar vaxtilə əzilmiş şəxsiyyətlərini dirçəltmək üçün sağlam yollar axtarmaq əvəzinə, qarşılarına çıxan zəif insanları əzərək eqolarını tətmin etməyə çalışırlar:

“Belə şəxslərə dəyər, hörmət, qayğı, diqqət məsələləri ağır və çox zəhmətli gəldiyi üçün, asan olanı, avtoritarlığı və korkoranə üstünlük nümayiş etdirməyi seçirlər. Bu cür rəhbərlik metodu, ilk baxışda güclü görünə bilər, amma uzunmüddətli perspektivdə uğursuzluğa məhkumdur. Çünki belə mühitdə kollektivin inkişafından, birlik və doğmalıq hissindən söhbət gedə bilməz. İş mühitində sağlam dinamikanın olmaması isə iş keyfiyyətinə birbaşa təsir göstərir. Azərbaycanda bu cür idarəetmənin geniş yayılmasının səbəblərindən biri də mövcud iş sektorunda belə hallara göz yumulmasıdır.

Rəhbər vəzifəsinə ən çox səsi çıxan, avtoritar və qorxu üzərində idarə edən şəxslərin gətirilməsi yerinə, savadlı, peşəkar, həm özünün, həm də kollektivin inkişafına töhfə verməyə çalışan, çalışqan, demokratik düşüncəli və humanist yanaşmanı seçən insanların rəhbər olması vacibdir. Çünki rəhbər necədirsə, iş mühiti də onun enerjisini əks etdirir. Sağlam və ədalətli idarəçilik iş keyfiyyətinə və ümumi mühitə müsbət təsir göstərir”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri