Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyəti təkcə müasir infrastrukturla deyil, həm də rəqəmsal texnologiyaların tətbiqi ilə müəyyən edilir.
XQ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bir Pəncərə" Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi üçün sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Nazir müavininin sözlərinə görə, “Bir Pəncərə” informasiya sistemi məhz bu məqsədlərə xidmət etməklə Orta Dəhliz üzrə yükdaşımalarının daha sürətli, şəffaf və səmərəli təşkilinə imkan verəcək.